Bank Of Baku

Əbülfəs Qarayev Səudiyyə Ərəbistanının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyasının prezidenti ilə görüşüb

Əbülfəs Qarayev Səudiyyə Ərəbistanının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyasının prezidenti ilə görüşüb
# 13 mart 2013 13:47 (UTC +04:00)

Bakı. Aygül Rzayeva – APA.  Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Səudiyyə Ərəbistanına səfəri çərçivəsində  Krallığın Turizm və Qədim Abidələr üzrə Baş

Komissiyasının prezidenti şahzadə Sultan bin Salman bin Əbdüləziz Əl-Səud ilə görüşüb.

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə görüşdə Ə.Qarayev Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələrin intensiv şəkildə inkişafından danışıb. Nazir iki ölkə arasında dostluq münasibətlərinin və işgüzar əlaqələrin genişlənməsinə mühüm əhəmiyyət verdiyini vurğulayaraq, mədəniyyət və turizm sahəsində əməkdaşlığın daha yüksək xətlə inkişaf etdirilməsinə tərəfdar olduğunu bildirib.


Şahzadə Əbdüləziz Əl-Səud Azərbaycanın İslam aləminin bir hissəsi, mədəniyyət sahəsinin inkişaf etdirilməsində hər iki ölkənin geniş potensiala və böyük imkanlara malik olduğunu, əməkdaşlığın bundan sonra daha sıx davam etdirilməsi və münasibətlərin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. Şahzadə Azərbaycanın turizm sahəsində təcrübəsindən istifadə edəcəklərini və Bakıya səfər etmək arzusunda olduğunu da nəzərə çatdırıb.


Görüşün sonunda "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR