Bank Of Baku

Əbülfəs Qarayev Türkmənistanın Azərbaycandakı səfiri ilə görüşüb

Əbülfəs Qarayev Türkmənistanın Azərbaycandakı səfiri ilə görüşüb
# 19 fevral 2013 11:25 (UTC +04:00)

Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov arasında görüş keçirilib.

 

APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında dost münasibətlərin və əməkdaşlığın ikitərəfli əsasda bütün sahələrdə genişlənməsi müsbət qiymətləndirilib, çoxtərəfli əməkdaşlığın inkişafında, xüsusən mədəni təmasların artmasında, iki xalqı birləşdirən çoxəsrlik milli ənənələrin, dərin tarixin və mədəni köklərinin böyük rol oynadığı bildirilib.


Ə. Qarayev martın 21-də Türkmənistanın Axal vilayətində keçiriləcək Beynəlxalq Novruz bayramına həsr olunmuş tədbirlərdə və "Novruz-sülh və xeyir bayramı" adlı elmi konfransa dəvəti yüksək qiymətləndirib, Azərbaycanın tədbirlərdə 30 nəfərə qədər nümayəndə heyəti ilə iştirak edəcəyini bildirib.
 

Bundan əlavə, 2013-cü ilin payızında iki ölkə arasında mədəniyyət sahəsində sıx əməkdaşlığın növbəti nümunəsi olacaq Azərbaycan-Türkmənistan birgə xalça sərgisinin təşkil olunması məsələsi müzakirə edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR