Bank Of Baku

Elçin Əfəndiyev: “Azərbaycanla UNESCO arasında olduqca doğma, işgüzar əlaqə yaranıb”

Elçin Əfəndiyev: “Azərbaycanla UNESCO arasında olduqca doğma, işgüzar əlaqə yaranıb”
# 02 dekabr 2013 08:55 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev deyib.

 

Onun sözlərinə görə, son illər ərzində Azərbaycan və UNESCO arasında əlaqələr daha da genişlənir: "Azərbaycanın bir çox maddi və qeyri-maddi sərvətləri UNESCO vasitəsilə çox ciddi şəkildə təbliğ olunur, çox yüksək qiymətlər alır".

 

E.Əfəndiyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu məsələdə xüsusi rolu vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycanda çox mühüm tədbir - UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 8-ci sessiyası keçirilir: "UNESCO-nun bu mühüm sessiyasının Azərbaycanda keçirilməsi bizim mədəniyyət həyatımız və ictimaiyyətimiz üçün çox əlamətdar hadisədir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR