Bank Of Baku

Millət vəkili musiqi albomunun satışından əldə olunacaq vəsaiti Şəhid Anaları Cəmiyyətinə bağışlayıb

Millət vəkili musiqi albomunun satışından əldə olunacaq vəsaiti Şəhid Anaları Cəmiyyətinə bağışlayıb
# 03 mart 2013 11:17 (UTC +04:00)

Bakı-APA. Millət vəkili Qənirə Paşayeva "Ağla mənim üçün bu şəhər və sən" albomunun satışından əldə olunacaq vəsaiti Şəhid Anaları Cəmiyyətinə bağışlayıb.

 

Millət vəkili APA-ya açıqlamasında bildirib ki, bu vəsaitlə cəmiyyətin öz saytını yaratması, şəhidlərlə bağlı bəzi kitab və materialları çap etməsi nəzərdə tutulub.

 

Q. Paşayeva deyib ki, martın 4-dən etibarən sözləri ona, musiqisi bəstəkar Oqtay Kazımiyə məxsus mahnılardan ibarət "Ağla mənim üçün bu şəhər və sən" albomu satışda olacaq.


Millət vəkilinin sözlərinə görə, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə onun sözlərinə yazılmış mahnılardan ibarət 3 albom hazırlanıb: “ Bunlardan biri olan Oqtay Kazıminin musiqi bəstələdiyi "Ağla mənim üçün bu şəhər və sən" albomu bu il martın 5-də təqdim olunacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR