Bank Of Baku

Prezident İlham Əliyev: “UNESCO Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biridir”

Prezident İlham Əliyev: “UNESCO Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biridir”
# 02 dekabr 2013 13:24 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin VIII Sessiyasının iştirakçılarına təbrik məktubu göndərib.

 

APA-nın xəbərinə görə, məktubda bildirilir ki, UNESCO Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biridir: “Onun fəaliyyət dairəsinə aid bütün sahələrdə əməkdaşlıq Azərbaycan dövlətinin həmişə diqqət mərkəzində olub. Daim inkişaf edən və möhkəmlənən UNESCO-Azərbaycan əlaqələri xalqımızın qədim, zəngin mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasına, onun nailiyyətlərinin dünyada nümayiş etdirilməsinə geniş imkanlar yaradıb”.

 

Prezident qeyd edib ki, Azərbaycan muğamının, aşıq sənəti və xalçaçılığın, tar ifaçılığı və Novruz Bayramının, xalqımızın maddi mənəvi irsinin qiymətli abidələrinin, həmçinin milli mədəniyyətimizin və elmimizin görkəmli nümayəndələrinin təbliğinin UNESCO tərəfindən diqqət mərkəzində saxlanılması ölkəmizlə bu mötəbər beynəlxalq təşkilat arasında əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsidir: “Əminəm ki, sessiyanız öz qərarları ilə ümumbəşər mədəni irsinin qorunub saxlanması, dünya mədəniyyətləri arasında dialoq və anlaşmanın dərinləşməsi işinə layiqli töhfəsini verəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR