Bank Of Baku

Respublikada ilk toplu kataloqun və AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzinin təqdimatı keçirilib

Respublikada ilk toplu kataloqun və AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzinin təqdimatı keçirilib
# 20 fevral 2013 10:52 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva – APA. Bu gün Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycanda ilk dəfə yaradılan Toplu kataloqun və AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzinin(www.azlibnet.az) təqdimatı keçirilib. APA-nın məlumatına görə, 5 ən yaxşı kitabxana öz elektron resurslarını toplu kataloqa yerləşdirib. Bu kataloq kitabxanalarda olan ənənəvi kataloqları əvəz edir.

 

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev elektron hökumətin yaradılmasının vacibliyindən söz açaraq bu istiqamətdə görülən işin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, nazirliyin qarşısında duran ən vacib məsələ kitabxanaların daha müasir fəaliyyətini təmin etməkdir.

 

Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işinin daha effektiv həyata keçirilməsində Milli Kitabxana-İnformasiya  Mərkəzinin(AZLİBNET) xüsusi xidmətləri var. AZLİBNET Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Gənclər Kitabxanasının nəzdində yaradılıb.

 

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov AZLİBNET Mərkəzinin həyata keçirdiyi ən vacib işin Azərbaycan kitabxanalarında birgə kataloqlaşdırma və kitabxanaların Milli Toplu Elektron Kataloq sistemini yaratmaq olduğunu vurğulayıb. Onun sözlərinə görə, AZLİBNET Mərkəzi vasitəsilə respublikada mövcud olan elektron resursların fasiləsiz və uzaq məsafədən idarə olunması sistemi yaradılıb.

 

Qeyd edək ki, toplu kataloqları AZLİBNET Mərkəzinin www.azlibnet.az və ya C. Cabbarlı adına Gənclər Kitabxanasının www.ryl.az ünvanlı veb saytları vasitəsilə istifadə etmək olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR