Bank Of Baku

"Xocalı şahidi" filmi hazırlanıb - VİDEO

Səbinə Əliyeva

© APA | Səbinə Əliyeva

# 25 fevral 2022 15:30 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Xocalı şahidi" adlı film hazırlanıb.

Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, filmdə Xocalıda 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə törədilmiş kütləvi qırğın, mülki əhalinin soyqırım zamanı və girovluqda məruz qaldıqları işgəncələr, onların itkin düşmüş yaxınları barədə məlumatlar faktlar əsasında təqdim olunub.

Bununla yanaşı filmdə Ombudsmanın bu soyqırım cinayətinə hüquqi qiymət verilməsi barədə dünya ictimaiyyətinə çağırışı da yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR