APA “Hərbi vətənpərvərlik şüurunun formalaşmasına KİV-in dəstəyi” adlı layihə çərçivəsində növbəti debatını keçirib - FOTOSESSİYA
08 oktyabr 2009 21:11 (UTC +04:00)
APA Azərbaycan Prezidenti yanında KİV-ə Dəstək Fondunun dəstəyi ilə həyata keçirdiyi «Hərbi vətənpərvərlik şüurunun formalaşmasına KİV-in dəstəyi» adlı layihə çərçivəsində növbəti debatını keçirib. “Vətənpərvərlik tərbiyəsinin təşkilində dövlət təşkilatlarının fəaliyyəti” adlı debatda dəvət göndərilmiş dövlət təşkilatlarından Daxili Qoşunların mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova, Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) mətbuat katibi Valid Qardaşlı, Gənclər və İdman Nazirliyinin vətənpərvərlik sektorunun müdiri Əli Məmmədov, APA agentliyinin əməkdaşları Rəşad Süleymanov və Ramil Məmmədli iştirak edib.
Rəşad Süleymanov: İlk sualım hərbi qurumlarımızın nümayəndələrinədir. Müxtəlif ailələrdən, müxtəlif tərbiyə almış, dünya görüşü fərqli olan gəncləri bir yerə yığıb, onları bir ideyaya istiqamətləndirmək istiqamətində işlər necə qurulur?
Təranə Məmmədova: Gənclərin orduda xidməti onlarda hərbi vətənpərvərlik hissinin böyük hissəsini formalaşdırır. Mən Daxili Qoşunlarda yarandığı günlərdən xidmət edirəm. Deyə bilərəm ki, yarandığı günlərdən Daxili Qoşunlarda əsgərlərlə fərdi söhbətlərin aparılması, onların tanınmış insanlarla görüşlərinin təşkili və s. həyata keçirilib. Bu görüşlər gənc əsgərlərin şüurunun formalaşmasında böyük təsirə malikdir. Əsgərlər müxtəlif ailələrdən orduya gəlib. Onlarda vətənpərvərlik hissini formalaşdırmaq mütləq lazımdır. Vətənini sevməyən insan Vətəni üçün döyüşməz. Qeyd etdiyimi kimi, biz bununla bağlı müxtəlif işlər həyata keçirməkdəyik. Tez-tez əsgərlərimizi Daxili Qoşunların döyüş yolu keçmiş insanları, veteranları ilə görüşdürür, həmçinin həm əsgərlərimizin, həm də gələcəyin əsgəri olacaq gənclərin Döyüş Muzeyimizə və hərbi hissələrimizə səfərlərini təşkil edirik. Daxili Qoşunların Döyüş Muzeyi yeni yaradılıb və burada qoşunların keçdiyi döyüş yolu ilə bağlı eksponatlar toplanıb. Bu muzeylə tanışlıq zamanı gənc əsgərlərə hansı qurumda xidmət etdikləri bu eksponatlar vasitəsi ilə bir daha anladılır. Biz eyni zamanda Gənclər və İdman Nazirliyi ilə ali məktəb tələbələri arasında «And yerimiz vətən» adlı layihə həyata keçirdik. Səbail rayon İcra Hakimiyyəti ilə birgə düz 5 ildir ki, yay aylarında aşağı sinif şagirdlərinin hərbi düşərgəsini təşkil edirik. Qubada təşkil olunan düşərgələrdə imkansız ailələrin uşaqları götürülür və 15 gün ərzində onlar çadırda, əsgər həyatı yaşayır, bizim zabitlərin iştirakı ilə əsgər vərdişlərinə yiyələnir, hərbi hissəmizdə olurlar. Demək olar ki düşərgədə bu uşaqlar əsl hərbçi həyatını yaşayırlar. Onlar hətta komandoların icra etdiyi hərəkətlərə də yiyələnirlər. On beş gün ərzində bu uşaqların fikrində, düşüncəsində çox dəyişikliklər olur. Düşünürəm ki, hər rayonda 100-150 uşaq bu cür öyrədilsə, onlar hazır əsgərdir. Digər tərəfdən, Daxili Qoşunlar bir neçə məktəbi hamiliyə götürüb. Həmin məktəblərdə tam təchiz olunmuş, eynilə hərbi hissədəki şəraitə bənzər hərbi kabinetlər yaradılıb.
Teymur Abdullayev: Ordu elə bir təşkilatdır ki orada hərəsi bir ailədən gəlmiş insanlar cəmləşir. Üç aydan bir keçirilən çağırışda minlərlə gənc ordu sıralarına qatılır. Onların arasında ziyalı ailəsindən də gələnlər var, sadə kəndli ailəsindən də, müxtəlif pis vərdişləri olan valideynlərdən tərbiyə alanlar da... Müxtəlif psixologiyaya malik insanların hamısını birdən-birə bir kazarmaya yığıb, bir amala yönəltmək çox çətindir. Bizim fikrimizcə, gənclər orduya əvvəlcədən hazırlanmalı, başa salınmalı, onlara yol göstərilməlidir. Bu sadalanan məsələlərlə bağlı müəyyən problemlər meydana çıxır. Məncə, gənclərin hazırlığı orduya qədər olmalı, orduda tam təkmilləşməlidir. Müdafiə Nazirliyi olaraq biz bu çətinliklərin detallarını bilirik. Bununla yanaşı gənclərin orduda daha yaxşı xidməti, vətənpərvərlik ruhunun daha yaxşı aşılanması üçün tədbirlər də görürük. Elə gənclər var ki, dövlət himnini, marşlarımızı bilmirlər. Onlara orduda himnimiz, marşlarımız öyrədilir və s. Biz həmçinin hərbi hissələrdəki şərait, döyüş ruhunun hansı vəziyyətdə olması, maddi-texniki təminat və s. bağlı ictimai nəzarəti həyata keçirmək üçün hərbi hissələrə ictimaiyyət nümayəndələrinin səfərlərini təşkil edirik.
Rəşad Süleymanov: Təəssüflər olsun ki, Təhsil Nazirliyinin nümayəndəsi dəvət göndərsək də tədbirimizə qatılmadı. Odur ki, sualımızı Gənclər və İdman Nazirliyinin nümayəndəsi cavablandırmalı olacaq. Gənclər bu gün hərbi xidmətə hazır səviyyədə gedirmi?
Əli Məmmədov: Gənclər və İdman Nazirliyi yarandığı gündən əsas fəaliyyət istiqamətlərindən biri kimi vətənpərvərlik tərbiyəsini götürüb. Bizim tədbirlər də bütünlükdə gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsinə yönəlib. Son illər davamlı olaraq gənclər arasında hərbi idman oyunları, həmçinin hərbi mahnılarla bağlı müsabiqələr keçiririk. Hətta respublikanın bütün rayonlarını əhatə edən «Mən Azərbaycan vətəndaşıyam» adlı kampaniya da keçirdik. Burada əsas məqsədimiz odur ki, maarifləndirmə işi düzgün qurulsun. Açıq etiraf etmək lazımdır ki, bəzən tədbirlərin bir qismi məqsəddən kənar olur. Bununla yanaşı Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti və digər qurumlarla birlikdə «Cəsurlar», «Şahinlər», «Sərhəd» və s. kimi effektiv hərbi idman oyunları təşkil edilir. Artıq bu oyunların nəticəsi də var. Bu oyunlarda orduda istifadə olunan hərbi elementlər, fiziki elementlər icra olunur, elementar sıra hazırlığından başlamış digər mürəkkəb hərəkətlərədək icra olunur. Bu da öz növbəsində iştirakçı gənclərin orduda işini asanlaşdırır. Fikrimcə, gənclərin orduya hazırlanmasına hər bir məktəb rəhbəri diqqət yetirməlidir. Vətənpərvərlik işi, gənclərin orduya qədərki hazırlığının yüksəldilməsi istiqamətində QHT-lərin layihələrini də maliyyələşdiririk. Etiraf etməliyəm ki, QHT-lər tərəfindən təqdim olunan məqsədyönlü layihələr də azdır.
Rəşad Süleymanov: Sovet dönəmində Orduya, Donanmaya, Aviasiyaya Yardım Cəmiyyəti adlanan hazırkı KHVTİC o zaman ordu üçün rabitəçi, desant, sürücü, tankçı və s. gərəkli kadrlar hazırlayırdı. Bu gün o cəmiyyətin fəaliyyəti sanki yoxdur kimi görünür? Bu belədirmi?
Valid Qardaşlı: Hərbi vətənpərvərlik tərbiyəsi bizim fəaliyyətimizin əsasıdır. Cəmiyyətimiz 85 ildir fəaliyyət göstərir və qeyd edim ki, İkinci Dünya Müharibəsi illərində ordu üçün təyyarəçilərdən tutmuş rabitəçilərə, dənizçilərə qədər çoxlu sayda mütəxəssislər hazırlamışıq. Təəssüflər olsun ki, 1992-1993-cü illərdə baxımsızlıqdan KHVTİC-in maddi-texniki bazası dağıldı. O zaman bizim Güzdək Aviasiya Mərkəzinə basqın edərək gözətçilərin əl-qolunu bağlayıb oradan 200-dək “KamAZ”, digər hərbi texnikanı, hətta təyyarələrimizi aparıblar. O zaman bu texnikaların guya Müdafiə Nazirliyinə verildiyi bildirilmişdi. İndiyə qədər bu texnikalar bizim balansımızda olsa da onların harada olduğunu bilmirik.
Əslində vətənpərvərlik ailədən başlanmalıdır. Bu nə tək Müdafiə Nazirliyinin, nə Daxili Qoşunların, nə Dövlət Sərhəd Xidmətinin, nə də bizim cəmiyyətin işi deyil. İki ildir Gənclər və İdman Nazirliyi ilə birlikdə «Mahir Nişançı» yarışını keçiririk. Bu yarışlar ilk dəfə ali məktəbləri, sonra isə orta ixtisas məktəblərinin yuxarı siniflərini əhatə etdi və böyük rezonans doğurdu. Təsəvvür edin ki orduya gedəcək insanlar silahı tuta bilmirdilər. Biz onlara silah tutmağı, hədəfə atəş açmağı öyrətdik. Sonra biz bu layihəni 8-11-ci və 5-8-ci sinif uşaqları arasında davam etdirdik. Digər tərəfdən, ötən il may ayında Azərbaycanda ilk dəfə paraşüt idmanı yarışını keçirdik. Sabah hərbi əməliyyatlar başlasa, düşmən arxasına desant atmaq lazım gələcək. Biz gənclərdə paraşütçü olmaq həvəsi yaratmağa çalışdıq. Bu ilin may ayında, Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibəti ilə Balakəndə beynəlxalq paraşüt yarışı keçirdik. Bu yarışa Rusiya, Belarus, Qazaxıstan və digər ölkələrdən qatıldılar. Bu gün bizim paraşüt komandamızda 2 qız da var. Hazırda Balakən və Zaqatala regionunda yuxarı sinif şagirdləri arasında paraşütçü seçimi aparırıq. Bizim təşkilat eyni zamanda sürücülər də hazırlayır. Çalışırıq ki təlim prosesində sürücülər maksimum hərbi şəraitə uyğun öyrənsinlər.
Bir məsələni də qeyd etmək istərdim. Ötən il telekanallarda çalışan jurnalistlər arasında güllə atıcılığı yarışı keçirdik. Jurnalistlər arasında paraşütlə tullanma yarışı keçirmək üçün müraciət etsək də cəmi 2 nəfər qatılan oldu.
Rəşad Süleymanov: Burada iştirak edən hər iki hərbi qurumun nümayəndəsindən soruşmaq istərdim: orduya gələn gənclər silahdan düzgün istifadə edə bilirmi?
Təranə Məmmədova: Hansı orta məktəbdə çağırışa qədərki hazırlıq fənni yaxşı tədris olunursa, o məktəbdən orduya gələn gənclərlə heç bir problem yaşanmır. Təbii ki, əks halda çətinliklər olur. Yaxşı olardı ki ordudan tərxis olunmuş, müharibədə iştirak etmiş zabitlərimiz bu fənni tədris etsinlər.
Teymur Abdullayev: Bu günün şagirdi, sabahın çağırışçısıdır. Düzdür məktəbdə oxuyan şagirdlər də var, dərsdən yayınanlar da, adını yaza bilməyənlər də. Məktəblərdə hərbi dərslərin tədrisinin aşağı səviyyədə olması problemi doğuran əsas səbəblərdəndir. Kim öyrənir, onların işi yüngülləşir, öyrənməyənlər isə öz işlərini çətinləşdirirlər.
Valid Qardaşlı: Mən də həmkarlarımın dediklərinə əlavə etmək istəyirəm. Biz atışların nəticəsinə görə birinci yeri tutan məktəbə tüfəng hədiyyə elədik. Sonra da maraqlanırıq ki, görək uşaqlar bu tüfənglərdən istifadə edirlərmi? Bunun müsbət nəticələri də olub.
Əli Məmmədov: Biz bütün tədbirlərimizdə çalışırıq ki, gənclər ən azından hərbi elementləri öyrənsinlər. Məktəblərə silahın verilməsi barədə gənclərin birinci forumundan məsələ qaldırılsa da, məsələ bu günədək həllini tapmayıb. Silahın məktəblərdə harada saxlanılması, məsuliyyət və s. bağlı məsələlər müzakirə olunmaqdadır. Bunu nəzərə alaraq bir çox məktəblər yaxınlıqdakı hərbi hissələrlə əlaqə yaradıb, müqavilə bağlayır. Razılaşdırılmış cədvəl əsasında silahdan istifadə qaydalarını öyrənirlər. Hesab edirəm ki bu müvəqqəti çətinlikdir və aradan qaldırılacaq.
Rəşad Süleymanov: Biz Azərbaycan ordusunda xidmət eləmişik. Orduya gələnlər arasında sağ və sol dönüşü ala bilməyənlərin sayı kifayət qədərdir.
Valid Qardaşlı: Təbii ki bu gün nəinki sağa və sola dönməyi bacaran, heç hərfləri də tanımayan əsgərlərlə rastlaşmaq mümkündür. Bu nə ordunun günahıdır, nə də vətənpərvərlik işi aparan adamların. Bu məktəblərin günahıdır. Hərfi tanımayan, oxuya bilməyən əsgər müasir mürəkkəb texnologiyalardan istifadəni də bacarmayacaq. Azərbaycan Silahlı Qüvvələri 90-cı illərin ordusu deyil. Gündən-günə texniki bazası müasirləşir. İntellektual əsgərlər lazımdır.
Rəşad Süleymanov: Bəs ordu necə, ölkə üçün layiqli, vətənpərvər vətəndaş, şəxsiyyət yetirə bilirmi?
Teymur Abdullayev: Orduda xidmət insanların psixologiyasını müsbət mənada dəyişir. Onların ordudan sonrakı həyatının qurulmasında mühüm rol oynayır. Eyni zamanda insanları çətinliklərlə mübarizə aparmağa öyrədir.
Təranə Məmmədova: Əlbəttə. Xidmət keçən gənclər əsl vətəndaş olaraq yetişir. Digər tərəfdən onlar hərbi biliklərə yiyələnməklə, hər an Vətənin müdafiəsi üçün hazırlanırlar.
Valid Qardaşlı: Mən bir neçə gün əvvəl Murovdağda ön postda xidmət edən bir əsgərlə söhbət etdim. Ondan «görsən qarşıdan düşmən gəlir, neyləyərsən?» deyə soruşduqda əsgər «mən onu çoxdan gözləyirəm, gəlsin» deyə cavab verdi. Bu cavab özü hər şeyi deyir. Bütövlükdə ordu əsl vətənpərvərlik məktəbidir.
Rəşad Süleymanov: Vaxtı ilə Bakı şəhərində və rayonların mərkəzlərində TİR atıcılıq mərkəzləri vardı. Bu gün paytaxtda ən azından gənclərə silah tutma vərdişlərini aşılayan TİR-lərin sayı barmaqla sayılası qədərdir. Bu qədər TİR-lərin taleyi necə oldu?
Valid Qardaşlı: İki il əvvələ qədər Bakı şəhərində TİR-lərin əksəriyyətində meyvə-tərəvəz satılırdı. Bəzilərində isə qoyun saxlayırdılar. Monitorinqlərimiz zamanı məlum oldu ki, TİR mərkəzlərindən kim necə istəyir elə də istifadə edir. Ötən dövrdə biz bu TİR-ləri yeniləşdirməyə başladıq. Artıq Bakı şəhərində 80-dən artıq TİR fəaliyyət göstərir. Eləcə də Sumqayıt, Gəncə və Mingəçevirdə TİR-lərimiz var. TİR-lərin bərpası üçün əvvəllər bizə məxsus olmuş yerləri icra hakimiyyətlərindən geri almağa çətinlik çəkirik. Başqa bir məsələni qeyd etmək istəyirəm. KHVTİC-in Dənizkənarı Bulvarda paraşüt qülləsi var. Onu istifadəyə vermək istəyirdik. Bizə öz qülləmizi vermədilər. Keçmiş Caparidze adına parkda paraşütlə tullanmaq üçün yerimiz vardı. Həmin yeri almaq üçün dəfələrlə rəsmi müraciət etdik, xeyri olmadı. Bir TİR-i bərpa eləmək üçün çox etaplardan keçməli oluruq.
Əli Məmmədov: Sovet dönəmində bu sahədə təbliğat-təşviqat işlərinə böyük diqqət yetirilirdi. Təbliğat-təşviqat işinin bu gün də geniş miqyasda həyata keçirilməsi vacibdir. Nə qədər iş görsək də KİV-lərin dəstəyi olmadan bunu ərsəyə gətirmək çətindir. Vətənpərvərlik tərbiyəsinin təşkili kompleks aparılmalıdır və burada hər bir vətəndaş imkanı çatan səviyyədə iştirak etməlidir.
Təranə Məmmədova: Mən bir məsələdən narazıyam. Bu gün küçədə, bayırda hər kəsin hərbi geyim geyməsindən narazıyam. Hərbçi olmayan da hardansa əsgər paltarı alaraq necə gəldi geyinir. Müğənni də, televiziya aparıcısı da. Elə götürək telekanallarda hərbi verilişlərin aparıcılarını. Hərbi formanı geyib efirə çıxırlar. Əyinlərində hərbi forma, mülki ayaqqabı, başlarında papaq yox, bellərində kəmər. Geyim qaydalarını bilməyən şəxs bununla müqəddəs saydığımız əsgər geyiminə hörmətsizlik edirlər.
Rəşad Süleymanov: Bəzən baş verən neqativ hallar çağırışçılarda və onların valideynlərində ordu ilə bağlı mənfi fikirlər formalaşdırır. Bunun da nə ilə nəticələndiyi göz qabağındadır. Bu cür hallar dünyanın əksər ordularında mövcuddur. Belə halların baş verməməsi üçün hərbi qurumlar hansı işləri həyata keçirir?
Teymur Abdullayev: Bu gün söz azadlığı mövcuddur və mətbuat ordu da daxil olmaqla nədən desən yazır. Müdafiə Nazirliyi bu məsələlərə normal münasibət bəsləyir. Təəssüflər olsun ki, bəzi mətbu orqanlar ordu barədə bütün neqativ kəlmələri işlədir və maksimum şəkildə hansısa kiçik hadisədən sensasiya yaratmağa çalışırlar. Bir kiçik xəbər böyük bir ordunun nüfuzunu heç endirir. Azərbaycan ordusu 1000 kilometrdən artıq bir məsafədə səngərdə, düşmənlə üzbəüz dayanıb. Gecəsi, gündüzü yox, soyuğu, istisi var. Geri çəkilmək olmaz, irəli komandası da verilməyib. Təsəvvür edin ki belə bir şəraitdə xidmət nə deməkdir. Bu gün həmin problemlərin aradan qaldırılması üçün işlər görülür. Postlar kompüterlə təmin olunub, gecələr, istənilən pis hava şəraitində müşahidə aparmaq üçün xüsusi sistemlər qurulub, istilik yaradılıb. Biz Müdafiə Nazirliyi olaraq neqativ halların qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlər həyata keçiririk. Eyni zamanda bu cür hallara yol verənlər qanunvericiliyə uyğun şəkildə cəzalandırılır.
Təranə Məmmədova: Ordudan yazanlar gərək əsgərlərin nə çəkdiklərini bilsinlər. Hərbi xidmətdə olmayıb, isti otaqda əyləşib ordu barəsində nə isə demək ağlasığmazdır. Bu gün xaricdən Azərbaycana onlarla yüksək rütbəli zabitlər gəlirlər. Onlar özləri də Azərbaycan əsgərlərinin bacarığını yüksək qiymətləndirirlər. Ən yaxşı əsgər Azərbaycan əsgəridir. Düzgün istiqamətləndirəsən, nəyə desən nail olmaq olar. Türkiyədən gələn zabitlər deyir ki, bizim 3 aya öyrətdiklərimizi Azərbaycan zabitləri bir aya öyrənir.
Rəşad Süleymanov: Gənclər və İdman Nazirliyi gənclərin orduya qədərki hazırlığının səviyyəsinin yüksəldilməsi ilə bağlı perspektivdə nələri planlaşdırır?
Əli Məmmədov: Biz hərbi idman oyunlarını daha az yaşlı uşaqlar arasında keçirməyi planlaşdırır, bununla bağlı Təhsil Nazirliyi ilə danışıqlar aparırıq. Gələcək planlarımızda fəaliyyətimizi genişləndirməyi qarşıya məqsəd qoymuşuq.
Valid Qardaşlı: KHVTİC hər il yeni layihələrlə çıxış edir və bu sahədə bəzi yeniliklər etmək niyyətindəyik. Bu yaxınlarda Bakı şəhər Təhsil İdarəsi ilə razılaşmaya əsasən uşaq bağçalarında mini avtomobil yarışlarının təşkilini və uşaqlar arasında kiçik pnevmatik TİR-lərdən atış yarışları keçirməyi planlaşdırırıq. Bu yaxınlarda belə bir yarışı 9-cu mikrorayondakı bağçalardan birində keçirəcəyik. Eyni zamanda Güzdək Aviasiya Mərkəzinin fəaliyyətini bərpa edəcəyik. Artıq vəsait ayrılıb və hazırda həmin ərazinin partlamamış sursatlardan təmizlənməsi həyata keçirilir. Biz belə bir təşəbbüs irəli sürmüşük ki, hərbi vətənpərvərlik mövzusunda yazan jurnalistləri paraşüt idmanına cəlb edək. Bununla bağlı telekanallara məktub göndərdik və yalnız iki nəfər iştiraka cavab verdi. Telekanallardan yalnız ANS-in əməkdaşı paraşütlə tullandı və ona sertifikat verdik. Bizim bu təklifimiz informasiya agentlikləri və qəzetlər üçün də qüvvədədir.