Azərbaycanda medianın yeni sahəsi yaranır
Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov APA-ya bildirib ki, hazırda son illərin məhsulu olan internet televiziyaları Avropada 25-30 milyon adam izləyir: “Bu yeni jurnalistika növü Azərbaycana da gəlib. Azərbaycanda 10-a yaxın internet televiziya və radio fəaliyyət göstərir. Onların dinləyiciləri 100 min nəfərə yaxındır. Bununla bərabər Azərbaycanda blogerlik də geniş vüsət alıb. Azərbaycanda 1000-ə yaxın insanın şəxsi bloqu var”.
Ə. Amaşov bildirib ki, internetdə fəaliyyət göstərən sosial şəbəkələr kimi, televiziya və radiolara da heç bir nəzarət mexanizmi yoxdur. Şura sədrinin sözlərinə görə, belə tənzimləmə mexanizmləri Avropada da mövcud deyil: “Bu televiziya və radioların fəaliyyəti üçün dünyanın heç bir yerində heç nə tələb olunmur. Əvvəlcə bu televiziyalar yaranmalı, fəaliyyət göstərməli, sonra isə onlarla bağlı qanunvericilik aktları hazırlanmalıdır. Hələ ki, tezdir. Hər bir insan internet üzərində özünün radio və televiziyasını yarada bilər. Çox güman ki, bu televiziya və radiolar inkişaf etdikcə cəmiyyətlə müəyyən problemləri üzə çıxacaq, bu problemlər çoxaldıqca onların həlli ilə bağlı müəyyən normativ aktlar olacaq. Artıq bəzi ekspertlər də düşünürlər ki, medianın bu sahəsinin tənzimlənməsi üçün müəyyən qanunvericilik aktları labüddür. Hələlik bu söhbətlər nəzəriyyə xarakteri daşıyır. Belə fikirlər də var ki, həmin televiziyaların fəaliyyəti qanunla deyil, etik kodekslə tənzimlənməlidir. Həmin televiziya və radiolar informasiyanı toplamaq, yaymaqla bağlı qaydalar hazırlamalıdırlar. Avropanın bir sıra ölkələrində bunlar mövcuddur”.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli isə APA-ya bildirib ki, internetdə yayımlanan televiziya və radiolarla bağlı MTRŞ-da hər hansı bir məlumat yoxdur. Çünki qanunvericilikdə bununla bağlı məsələ açıqdır: “Mən dəfələrlə demişəm, istər internetdə, istər kabel şəbəkəsində, istərsə də efirdə yayımlanmasından asılı olmayaraq, televiziya xüsusi fəaliyyət sahəsidir. Xüsusi fəaliyyət sahəsi olduğundan onu bu və ya digər şəkildə tənzimləmək lazımdır. Mövcud qanunvericilikdə bu məsələni tənzimləmək üçün hər hansı müddəa olmadığı üçün biz bu televiziyaların fəaliyyətinə nəzarət etmirik. Amma hesab edirəm ki, bu, çox ciddi məsələdir. Gələcəkdə bu məsələni tənzimləməsinə ehtiyac olacaq”.
N. Məhərrəmlinin sözlərinə görə, qanunvericilikdə internet televiziya və radioların fəaliyyətinin tənzimlənməsi ilə bağlı müvafiq bəndlərin daxil edilməsi üçün MTRŞ dəfələrlə məsələ qaldırıb: “Bu, bizim səlahiyyətimizə aid olan məsələ deyil ki, biz hər dəfə bu məsələni qaldıraq və sonra da cavab olmasın. Bununla bağlı nə qərar veriləcəksə, MTRŞ da o qərara uyğun işini quracaq. Əgər bu, televiziyadırsa, ona nəzarəti də MTRŞ həyat keçirməlidir, baxmayaraq ki, bu televiziyalar internetdə yayımlanır. Peyklə və ya efirdə yayımlanan televiziyalarla bu, eyni şeydir. Amma söhbət ondan gedir ki, hazırda bu internet televiziyaları sırf televiziya kimi deyil, əsasən, həvəskar televiziyalar kimi fəaliyyət göstərir. Televiziya olması üçün onların gün ərzində davamlı şəkildə efirləri, verilişləri, abonentləri, yəni bir nizamlama mexanizmi olmalıdır. Bunlar çox ciddi məsələlərdir və böyük maliyyə vəsaiti lazımdır. Bu məsələ hələ ki, Azərbaycanda gündəmdədir. Amma xarici ölkələrdə internet televiziyaları yox dərəcəsindədir. İnsanlar buna getmirlər, nəticəsi yüksək olmur. Dünyada efir televiziyası, kabel televiziyası, peyk televiziyaları əsas baxılan televiziyalardır”.
Media eksperti Ələsgər Məmmədli isə APA-ya bildirib ki, internet televiziya və radiolar adi internet saytları kimi fəaliyyət göstərir: “Bu televiziyalar sadəcə qeydiyyatdan keçmiş hər hansı domen adında fəaliyyət göstər bilir. Bunların qeydiyyatı üçün də şəxsiyyət vəsiqəsi və qeydiyyat üçün lazım olan pulun ödənilməsi kifayətdir. Faktiki olaraq bunlar radio, televiziya yaradıcılığı deyil, internet üzərindən informasiyanın ötürülməsidir. Xüsusən sosial şəbəkələr üzərində də video görüntülərin paylaşması mümkündür. Bloqlar üzərində də bunlar var. Yəqin ki, biz tezliklə informasiyanın həm görüntülü, həm də səsli çoxsaylı ötürülməsinin şahidi olacağıq. Çünki müasir texnikalar çox inkişaf edib. Müasir texnikalar imkan verir ki, istənilən şəxs hətta mobil telefon vasitəsilə ilə informasiyanı həm görüntülü, həm də səsli ötürə bilsin”. Ə. Məmmədli deyib ki, hazırda Amerika və Avropada da internet televiziyalar ilə bağlı yüksək inkişaf gedir. Həmin ölkələrdə hətta adi təşkilatlar belə informasiyanı bu yolla ötürür.
Ekspert internet televiziya və radiolara MTRŞ-nın nəzarət etməli olması ilə bağlı səslənən fikirləri məqbul hesab etməyib: “MTRŞ ölkədə mövcud olan televiziya və radiolara tam nəzarət edə bilirmi? İlk əvvəl bunun araşdırmaq lazımdır. Teleməkanda çoxlu pozuntu var ki, biz bunu görürük, amma bunlara müdaxilə edilmir. “KİV haqqında” qanunda nəzərdə tutulan kütləvi informasiya azadlığından sui-istifadə halları, yəni şəxsi həyata müdaxilə, dövlət sirlərinin yayılması, qanunla qorunan digər sirlərin yayılması baş versə, asayişin pozulmasına çağırışlar olsa, bunların harada yayılmasından asılı olmayaraq, nəzarət ediləcək. İndiki qanunvericilik buna yol verir. “KİV haqqında” qanuna əsasən, internet də KİV sayılır. Qanunun 60-cı maddəsinə görə, həmin hallara görə məsuliyyət nəzərdə tutulur. Bu sahənin lisenziyalaşdırılması da absurd səslənir. Lisenziyalar qıt olan tezliklərə verilir. Azərbaycanın 9 milyon əhalisinin hamısı sayt aça bilər. Buna görə də belə lisenziyalaşdırma mənasızdır”.
Ekspert bildirib ki, internet televiziya və radiolarının sayının hədsiz çox olacağını düşünmək doğru olmazdı: “Bu, o qədər də asan proses deyil. Səsli və görüntülü informasiyaların yerləşdirilməsi ən azı 5 min dollar vəsait istəyir. Deməli, bu məbləğdə pulu olmayanlar prosesdən kənar qalacaq. Bu informasiyaların davamlı şəkildə yayılması da xeyli böyük maliyyə vəsaiti tələb edir. Azərbaycanda 3700-dən artıq qəzet qeydiyyatdadır. Amma faktiki 30 qəzet çıxır. İnternetdə də belədir. Ola bilsin ki, internet üzərində 10 minlərlə sayt yaradılsın, son nəticədə cəmiyyət tərəfindən dəstəklənib qalanlar yaşayacaq. Bu, bir bazar münasibətidir. Kim daha yaxşı məhsul verəcəksə, onun istehlakçısı da daha çox olacaq”.
Media
Lent.az-ın 18 yaşı tamam olur
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
Xəbər Lenti
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb
FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB
Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir
“Rosatom” Buşehr AES-ə işçilərini yaxın həftələrdə qaytarmağı planlaşdırır
Pekində təyyarə hündürlüyü 528 metr olan göydələnə çırpılıb - VİDEO
İsrailin müdafiə naziri İranı hədələyib: Heç nə bizi dayandıra bilməz
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib
Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib
Rusiya XİN vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib
Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub
“Kristal” “City Garden Narimanov” layihəsində yeni mərhələni satışa təqdim etdi - Faizsiz kredit və ipoteka imkanları!
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub - ANONS
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Baş katib: Ermənistanın MDB-dən çıxmasından söhbət getmir, təşkilatda qalacaqlar
Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib, Ermənistan yüksək səviyyəli nümayəndə göndərməyib - FOTO
Rusiya ilə Ukrayna arasında “160-ın 160-a” formatında əsir mübadiləsi olub
Abşeronda 122 motoxuliqan saxlanılıb - VİDEO
DİN: İtkin düşən 6 nəfər tapılıb
Kür və Araz çaylarında sululuq artacaq, subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ
Bastrıkin Rusiyada 12 yaşından cinayət məsuliyyətinin tətbiqi ideyasından danışıb
Cənubi Koreya İran və ABŞ arasında əldə olunmuş razılaşmanı alqışlayır
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Yanacaq böhranı yaşanan Krım və Sevastopolda fövqəladə vəziyyət elan edilib
"Neftçi" Vernidubla müqavilənin müddətini uzadıb
Kreml ABŞ-ı Ukrayna münaqişəsinin həllində tamamilə neytral vasitəçi hesab etmir