Fərəməz Novruzoğlu aclıq aksiyasına başlayıb

Fərəməz Novruzoğlu aclıq aksiyasına başlayıb
# 11 aprel 2007 09:23 (UTC +04:00)
“Nota Bene” qəzetinin məsləhətçisi Fərəməz Novruzoğlu hüquqlarının pozulması ilə əlaqədar dünən keçirilmiş məhkəmə prosesindən sonra aclıq aksiyasına başlayıb. Bu barədə APA-ya “Nota Bene” qəzetinin təsisçisi İlham Tumas məlumat verib. Onun sözlərinə görə, F. Novruzoğlu İsrailin Azərbaycandakı səfiri Artur Lenk, ATƏT-in Bakı ofisinin və BMT-nin Azərbaycandakı nümayəndəsi ilə görüş tələb edir.
Qeyd edək ki, daxili işlər naziri Ramil Usubov və Xarici Ölkələrdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun iddiaları əsasında Nərimanov rayon Məhkəməsi F. Novruzoğlunun 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, qəzetin baş redaktoru Sərdar Əlibəylinin isə 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilməsi haqqında qərar çıxarıb. Məhkəmə onları R. Usubovla N. İbrahimovun şərəf və ləyaqətinə toxunmaqda və böhtan yazmaqda təqsirli bilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR