Fələstində oğurlanmış BBC müxbiri Alan Conston terrorçular tərəfindən qətlə yetirilib
16 aprel 2007 08:13 (UTC +04:00)
Fələstində fəaliyyət göstərən terrorçu qruplaşmalardan biri bir ay əvvəl Qəzza sektorunda oğurlanmış BBC telekanalının müxbiri Alan Constonun qətlə yetirildiyini bəyan ediblər. APA-nın məlumatına görə, müstəqil mənbələr jurnalistin öldürülməsi faktını nə təsdiq, nə də təkzib ediblər. Özünü “Tövhid və Cihad Briqadası” adlandıran qruplaşma bəyan edib ki, İsrail həbsxanalarında saxlanan fələstinli dustaqlar azadlığa buraxılmadığına görə, girov götürülmüş jurnalist Alan Conston qətlə yetirilib. Fələstin hökuməti və BBC telekanalının rəhbərliyi jurnalistin qətlə yetirilməsi barədə məlumata malik olmadığını bəyan ediblər. 42 yaşlı Alan Conston bu il martın 12-də Qəzza sektorunda peşəkar fəaliyyətini icra edərkən naməlum şəxslər tərəfindən oğurlanıb. Onun taleyi barədə məlumat olmasa da, Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas jurnalistin sağ olduğu barədə məlumatlara malik olduğunu bildirib. Alan Conston bilavasitə Qəzza sektorunda çalışan yeganə xarici jurnalist olub. Britaniya hökuməti jurnalistin azadlığa buraxılması məqsədilə Fələstin hökumətindən yardım istəsə də, danışıqlar uğursuzluqla nəticələnib. /APA/
Media
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib
14:30
1 may 2024
MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradılıb, təyinat olub
10:40
30 aprel 2024
Tanınmış jurnalist Vasif Səmədov vəfat edib
14:29
29 aprel 2024
MEDİA ADA-da “Böhran kommunikasiyası” mövzusunda təlim keçirib
09:56
25 aprel 2024