Sabah Redaktorlar Birliyi piket keçirəcək
16 aprel 2007 16:55 (UTC +04:00)
Sabah Redaktorlar Birliyi Sabir bağında piket keçirəcək. Bu barədə APA-ya aksiya təşkilatçılarından biri, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev bildirib. Onun sözlərinə görə, piketlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə ötən həftədən xəbərdarlıq məktubu göndərilsə də, hələ də cavab almayıblar: “Cavab verilib-verilməməsindən asılı olmayaraq, biz aksiyamızı keçirəcəyik”. E.Fətullayev bildirib ki, Redaktorlar Birliyinin bu gün keçirilən yığıncağında bu barədə qərar qəbul edilib. Baş redaktor deyib ki, aksiyada “Diffamasiya haqqında” qanunun qəbul edilməsi, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin ləğvi, Elmar Hüseynovun qatillərinin tapılması, həbsdə olan jurnalistlərin azadlığa buraxılması, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinə qarşı aparılan kampaniyanın dayandırılması və s. tələblər səsləndiriləcək.
Qeyd edək ki, aksiyanı “Zerkalo”, “Yeni Müsavat”, “Azadlıq”, “Bizim yol”, “Bakı-Xəbər”, “GÜNsəhər”, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetləri, “Qanun” jurnalı, “Turan” agentliyi, “Yeni Nəsil” Jurnalistlər Birliyi və Demokratik Jurnalistlər Liqası birgə təşkil edəcək. /APA/
Qeyd edək ki, aksiyanı “Zerkalo”, “Yeni Müsavat”, “Azadlıq”, “Bizim yol”, “Bakı-Xəbər”, “GÜNsəhər”, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetləri, “Qanun” jurnalı, “Turan” agentliyi, “Yeni Nəsil” Jurnalistlər Birliyi və Demokratik Jurnalistlər Liqası birgə təşkil edəcək. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024