Ordubadda “El Həyatı” qəzetinin 75 illik yubileyi qeyd olunub
16 aprel 2007 17:25 (UTC +04:00)
Ordubad rayonunda “El Həyatı” qəzetinin 75 illik yubileyi qeyd olunub. APA-nın Naxçıvan bürosunun məlumatına görə, tədbir iştirakçıları öncə Heydər Əliyevin rayon mərkəzində ucalan büstünü ziyarət edib, “El həyatı-75” adlı sərgi ilə tanış olublar. Ordubad Rayon İcra Hakimiyyətində davam edən tədbirdə qəzetin baş redaktoru Vaqif Qəmbərov son illər KİV-ə göstərilən dövlət qayğısından danışaraq “El həyatı”nın keçdiyi inkişaf yolundan danışıb, qəzetin tirajının 200-dən 900-ə çatdığını, əməkdaşlar üçün lazımi iş şəraitinin yaradıldığını bildirib. Sonra Naxçıvan MR Ali Məclis aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hüseyn Əsgərov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun “El həyatı”nın 75 illik yubileyi münasibətilə qəzetin kollektivinə ünvanladığı təbrik məktubunu oxuyub. Sonda qəzetin əməkdaşlarına pul mükafatları təqdim olunub.
Qeyd edək ki, “El həyatı” 1932-ci ildə yaradılıb. Qəzet müxtəlif dövrlərdə “Ordubad fəhləsi”, “Ordubad işçisi”, “Yeni Ordubad” adı altında fəaliyyət göstərib. “El Həyatı” qəzeti hazırda Ordubad Rayon İcra Hakimiyyətinin orqanı kimi fəaliyyət göstərir. /APA/
Qeyd edək ki, “El həyatı” 1932-ci ildə yaradılıb. Qəzet müxtəlif dövrlərdə “Ordubad fəhləsi”, “Ordubad işçisi”, “Yeni Ordubad” adı altında fəaliyyət göstərib. “El Həyatı” qəzeti hazırda Ordubad Rayon İcra Hakimiyyətinin orqanı kimi fəaliyyət göstərir. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024