Mətbuat Şurasının sədri Əflatun Amaşov: “Jurnalistlərin keçirdiyi aksiya normal atmosferdə başa çatıb”
17 aprel 2007 16:33 (UTC +04:00)
“Mən həmişə media ilə bağlı məsələlərin danışıqlar yolu ilə müzakirəsinin tərəfdarı olmuşam. Ancaq bu gün jurnalistlərin keçirdiyi aksiya da normal atmosferdə başa çatıb. Piketi Mətbuat Şurasının nümayəndələri də izləyib”. Bu sözləri APA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Şura sədri bildirib ki, Azərbaycan mətbuatının problemləri çoxdur, onların həll edilməsi üçün rəhbərlik etdiyi qurum bir sıra sənədlər üzərində işləyir: “Bu günlərdə ölkə rəhbərliyinə mətbuata dövlət qayğısının göstərilməsini nəzərdə tutan qanun layihəsi təqdim etmişik”. Ə. Amaşov Elmar Hüseynovun qatillərinin tapılıb cəzalandırılmasında israr etdiklərini, Eynulla Fətullayevin müdafiəsi ilə bağlı məsələnin jurnalistlərlə birlikdə müzakirə olunmasına tərəfdar olduğunu da deyib: “Biz hələlik bu məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə göndərdiyimiz məktuba cavab almamışıq”. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024