Gəncənin “Alternativ” telekanalı “Xəbər+” informasiya proqramının 5 illik yubileyini qeyd edib
19 aprel 2007 11:43 (UTC +04:00)
Dünən Gəncənin “Alternativ” telekanalı “Xəbər+” informasiya proqramının 5 illik yubileyini qeyd edib. Bu barədə APA-nın qərb bürosuna telekanalın direktoru Elnur Abbasov məlumat verib. Onun sözlərinə görə, 5 il öncə ilk dəfə olaraq telekanalda xəbərlər proqramı efirə çıxaraq, Gəncədən və regiondan olan məlumatları tərəfsiz və qərəzsiz şəkildə vətəndaşların diqqətinə çatdırıb: “Bu gün xəbərlər departamentində siyasi, iqtisadi, mədəni, idman xəbərləri ilə yanaşı, gündəlik baş verən hadisələrlə bağlı operativ məlumatlar hazırlanır. Hazırda departamentin fəaliyyətinin genişləndirilməsi istiqamətində işlər aparılır”. E. Abbasovun sözlərinə görə, proqram əvvəllər “İnternyus-Azərbaycan” Gəncə Müstəqil Jurnalistika Mərkəzinin köməyi ilə reallaşırdı: “Artıq ikinci ildir “Xəbər+” informasiya proqramı telekanalda yaradılan xəbərlər departamentində hazırlanır”. /APA/
Media
APA TV-nin 11 yaşı tamam olur
00:00
29 may 2024
Media nümayəndələri Xeyrimli, Bağanıs Ayrım və Aşağı Əskipara kəndlərində olub - VİDEO
19:21
28 may 2024
Media nümayəndələri Qazaxın Qızılhaclı kəndinə səfər ediblər - YENİLƏNİB - VİDEO
13:34
28 may 2024
MEDİA onlayn media subyektləri üçün müsabiqə elan edib
12:44
24 may 2024