Mətbuat Şurasının sədri “Gündəlik Azərbaycan və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktorunun həbsi ilə bağlı məsələyə münasibətini açıqlayıb
21 aprel 2007 12:07 (UTC +04:00)
Eynulla Fətullayev həmin fikirlərin ona aid olmadığını, naməlum mənbələr tərəfindən qəsdən ona qarşı təxribat məqsədi ilə ortaya atıldığını bildirdi. Yaranmış vəziyyətdə bu məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu aydınlaşdırmaq üçün Şura adındın Milli Təhlükəsizlik Nazirliyinə müraciət göndərdik. Nazirlik isə bizə tezliklə cavab göndəriləcəyini bildirib”. Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Gündəlik Azərbaycan və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Ə. Amaşov Eynulla Fətullayevin “ATC.kom” saytında iştirakı barədə dəqiq məlumatları olmadığını, buna görə də konkret söz deməyin tez olduğunu deyib: “Əgər həqiqətən belə olay baş veribsə, xocalıların azərbaycanlılar tərəfindən qətlə yetirilməsi kimi fikir söylənilibsə, bunun kim tərəfindən dilə gətirilməsindən asılı olmayaraq, təəssüfləndirici haldır. Buna görə onu tənbeh etmək, adekvat ölçü götürmək olardı. Amma jurnalist həbsə alınıb. Biz həmişə söz, fikir ifadəsinə görə media təmsilçilərin həbsə alınmasının əleyhinəyik. Cinayət Məcəlləsinin 147-148-ci maddələrini dəyişdirilmək istəyimiz də bundan irəli gəlir. Çünki bütün bunlar ölkəmizin beynəlxalq imicinə ciddi xələl gətirir. Lakin jurnalistlər də cəmiyyət, peşəmiz qarşısındakı məsuliyyətimizi heç zaman unutmamalıdılar”.
Ə. Amaşov gələn həftə Şuranın İdarə Heyətinin iclasında bu məsələnin, həmçinin jurnalistlərin təzyiqlərə məruz qalması hallarının müzakirə ediləcəyini də söyləyib. /APA/
Ə. Amaşov gələn həftə Şuranın İdarə Heyətinin iclasında bu məsələnin, həmçinin jurnalistlərin təzyiqlərə məruz qalması hallarının müzakirə ediləcəyini də söyləyib. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024