“Azərbaycan” nəşriyyatı yeni çap avadanlıqları alacaq

“Azərbaycan” nəşriyyatı yeni çap avadanlıqları alacaq
# 23 aprel 2007 11:42 (UTC +04:00)
“Azərbaycan” nəşriyyatı yeni çap avadanlıqları almağa hazırlaşır. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə nəşriyyatın direktoru Ağabəy Əsgərov məlumat verib. Hazırda nəşriyyatda olan çap avadanlıqlarının ən yenisinin 25 ildir istifadə olduğunu deyən A. Əsgərov bunun bir sıra problemlər yaratdığını qeyd edib. Artıq bəzi xarici şirkətlərlə çap avadanlıqlarının alınması üçün danışıqların aparıldığını qeyd edən A. Əsgərov həmçinin, nəşriyyatda təmir işlərinin aparıldığını bildirib. Onun sözlərinə görə, binanın bütövlükdə təmir olunması üçün maddi imkan olmadığından bu iş tədricən həyata keçirilir: “Biz təsərrüfat hesabına işləyən təşkilatıq və heç bir yerdən maliyyə yardımımız yoxdur. Ona görə də bütün xərcləri özümüz çəkirik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR