Beynəlxalq media təşkilatları Azərbaycanda daha iki jurnalistin həbsini pisləyib
17 may 2007 09:27 (UTC +04:00)
Jurnalistlərin Müdafiəsi Komitəsi (CPJ) Azərbaycan hakimiyyət orqanlarını “Müxalifət” qəzetinin əməkdaşları Rövşən Kəbirli və Yaşar Ağazadə haqqında çıxarılmış azadlıqdan məhrum etmə cəzasını ləğv etməyə çağırıb. Komitənin icraçı direktoru Coel Saymon APA-ya açıqlamasında bildirib ki, mətbuat səhifələrində böhtana görə cinayət məsuliyyətinin nəzərdə tutulması demokratik cəmiyyətlər üçün yolverilməzdir. “Sərhədsiz reportyorlar” beynəlxalq media təşkilatı da “Müxalifət” qəzeti jurnalistlərinin həbsinə etiraz edib. Təşkilatın Avropa və keçmiş sovet respublikaları departamentinin rəhbəri Elza Vidal bildirib ki, Azərbaycanda daha iki jurnalistin həbs olunması onları ciddi narahat edir. O, ölkədə media azadlığı sahəsində vəziyyətin dərhal normallaşdırılmalı olduğunu deyib. /APA/
Media
Tanınmış jurnalist Hidayət Elvüsal vəfat edib
12:02
8 sentyabr 2024
Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb
15:39
3 sentyabr 2024
MEDİA: “Azadlıq Radiosu”nun mənbəyi bilinməyən qərəzli məlumatları media etikasına ziddir
17:06
1 sentyabr 2024
Baş Prokurorluq media subyektlərinə müraciət edib
15:07
28 avqust 2024