Mikloş Haraşti: “Azərbaycanda daha iki jurnalistin həbsi məni təəssüfləndirir”
17 may 2007 13:51 (UTC +04:00)
“Azərbaycanda daha iki jurnalistin həbsi məni təəssüfləndirir”. Bu fikirlər ATƏT-in söz azadlığı və media üzrə nümayəndəsi Mikloş Haraştiyə məxsusdur. ATƏT-in Bakı Ofisindən APA-ya verilən məlumata görə, Mikloş Haraşti rəhbərlik etdiyi qurumda Azərbaycanda beş jurnalistin həbsdə olması ilə bağlı sənədlər olduğunu deyib: “Həmin jurnalistlərin həbsinə səbəb rəsmi şəxsləri tənqid etməsidir. İndi isə Azərbaycanda həbs olunan jurnalistlərin sayı yeddiyə çatıb. Onların bəziləri məhkəmə zalında həbs olunub. Təəssüf edirəm ki, Azərbaycan media azadlığı sahəsində beynəlxalq standartlara uyğunlaşa bilmir”. /APA/
Media
APA TV-nin 11 yaşı tamam olur
00:00
29 may 2024
Media nümayəndələri Xeyrimli, Bağanıs Ayrım və Aşağı Əskipara kəndlərində olub - VİDEO
19:21
28 may 2024
Media nümayəndələri Qazaxın Qızılhaclı kəndinə səfər ediblər - YENİLƏNİB - VİDEO
13:34
28 may 2024
MEDİA onlayn media subyektləri üçün müsabiqə elan edib
12:44
24 may 2024