“Müxalifət” qəzetinin həbs edilən baş redaktoru və əməkdaşının hüquqlarını müdafiə komitəsi yaradılıb
18 may 2007 11:45 (UTC +04:00)
Akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında Yasamal rayon Məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadənin hüquqlarını müdafiə komitəsi yaradılıb. APA-nın xəbərinə görə, quruma hüquqşünas Vaqif Hacıbəyli rəhbərlik edəcək. V. Hacıbəyli bildirib ki, R. Kəbirli ilə Y. Ağazadənin həbsi üçün heç bir əsas yoxdur və məhkəmə ədalətsiz hökm çıxarıb. O, siyasi qüvvələrin həbsdə olan jurnalistlərin müdafiəsi prosesinə qoşulmasının zəruri olduğunu vurğulayıb. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Redaktorlar Birliyinin keçirəcəyi piket və yürüş-mitinq haqqında məlumat verib. “Müxalifət” qəzetinin təsisçisi, Müsavat Partiyasının başqanı İsa Qəmbər Müdafiə Komitəsinə tam dəstək verəcəyini deyib. R. Kəbirli və Y, Ağazadənin vəkili, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı isə bazar ertəsi Yasamal rayon Məhkəməsinin hökmünün surətini aldıqdan sonra apellyasiya şikayəti verəcəyini açıqlayıb. Qeyd edək ki, vəkil Aslan İsmayılov da öz təşəbbüsü ilə R. Kəbirli və Y. Ağazadənin müdafiəsinə qoşulub. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024