APA-Video saytı fəaliyyətə başlayıb

APA-Video saytı fəaliyyətə başlayıb
# 21 may 2007 15:12 (UTC +04:00)
Bu saytda video-görüntülər daha böyük formatda yerləşdirilib. APA-nın əsas saytından fərqli olaraq, burada yerləşdirilmiş görüntülər kicik ölçülü deyil. Bu video görüntüləri istənilən multimedia göstəricisində sistemdən asılı olmayaraq, seyr edə biləcəklər. Eyni zamanda www.video.apa.az saytından daha keyfiyyətli video görüntü fayllarını yükləmək mümkündür. Bu saytda hər bir video görüntünün yanında faylın yüklənməsi üçün kod da yerləşdirilib.
Qeyd edək ki, indiyə qədər APA-nın (www.apa.az) Azərbaycan, rus və ingilis dillərində əsas saytı, həmçinin APA-Economics (www.economics.apa.az), APA-Sport (www.sport.apa.az), APA-Photo (www.photo.apa.az) portalları fəaliyyətə başlayıb. Cənubi Qafqazda ilk dəfə olaraq, APA video görüntülü yayıma başlayıb və bütün saytlarında kredit kart sistemi tətbiq edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR