Əflatun Amaşov: “Bütün arqumentlər hüquqi sənədlərə söykənməlidir”
21 may 2007 17:14 (UTC +04:00)
““Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin ofisini möhürləyənlər təhlükəsizlik məsələsinə istinad edirlər. Söhbət həqiqətən də insanların təhlükəsizliyindən gedirsə, bunu anlamaq mümkündür. Yox, əgər vəziyyət başqa cürdürsə, bunu mediaya basqı kimi də dəyərləndirmək olar”.
Bu sözləri APA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin ofisinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən möhürlənməsi faktına münasibət bildirən MŞ sədri bildirib ki, bütün arqumentlər hüquqi sənədlərə söykənməlidir: “Söhbət ölkənin ən çox tirajı olan qəzetindən və onun fəaliyyətini davam etdirib-etdirməyəcəyindən gedir. Həmin binada işləməyin təhlükəli olması əsaslı və inandırıcı sənədlərlə ortaya qoyulmalıdır. Məncə, bu zaman narazılıqlar və mübahisələr olmaz. Bütün bunlar bu qənaətə gəlməyə əsas verir ki, KİV-lərin maliyyələşmə sisteminin qurulmasını tələsdirməliyik. Nə qədər ki, Azərbaycan mətbuatı iqtisadi baxımdan müstəqil deyil və özünü maliyyələşdirə bilmir, bu və ya digər təzyiqlərlə üzləşəcək”. Mətbuat orqanlarının, o cümlədən “Bakı-Xəbər” qəzetinin maddi sıxıntılara görə fəaliyyətini dayandırmaq məcburiyyəti qarşısında qaldığına toxunan Ə. Amaşov Azərbaycanda fəaliyyət göstərən qəzetlərin əksəriyyətinin mütəmadi olaraq maddi problemlə üzləşdiyini söyləyib: “Azərbaycanda reklamdan gələn gəlirlə maliyyələşən KİV-lərin sayı çox azdır. Bunların sayı 10-a qədər olar. Halbuki ölkədə KİV-lərin sayı olduqca çoxdur. Sabah hər hansı qəzetin rəhbərliyi bəyanat versə ki, biz artıq fəaliyyətimizi davam etdirə bilmirik, bu, kifayət qədər normal qarşılanmalıdır”. Ə. Amaşovun sözlərinə görə, Prezident Aparatına təqdim olunan mətbuatın inkişafı ilə bağlı Dövlət Proqramı həmin dövlət orqanında araşdırılır: “Bu ayın sonunda KİV-lərə rəsmi reklamların verilməsi ilə bağlı dəyirmi masa keçiriləcək. Həmin tədbirdə reklamla bağlı məsələləri müzakirə edəcək, problemləri araşdıracağıq. Çalışacağıq ki, Türkiyə təcrübəsindən bəhrələnək. Rəsmi reklamların KİV-lərə hansı prinsiplərlə verilməsi məsələsini gündəmə gətirəcəyik”. MŞ sədri onu da bildirib ki, həbsdə olan jurnalistlərin durumu Mətbuat Şurasının daim diqqətindədir. /APA/

Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024