Rəşid Hacılı “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə ilə görüşüb
22 may 2007 09:16 (UTC +04:00)
Media Hüquqları İnstitutunun direktoru, vəkil Rəşid Hacılı 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə ilə görüşüb. R. Hacılı APA-ya açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxslər onlara qarşı rəftardan narazı olmadıqlarını bildiriblər: “Amma onları 30 nəfərlik, darısqal bir kamerada saxlayırlar. Məncə, bu, doğru hal deyil və standartlara uyğun gəlmir”.
Həbsdə olan jurnalistlərin digər vəkili Aslan İsmayılov isə APA-ya bildirib ki, o, artıq Yasamal Rayon Məhkəməsinin R. Kəbirli və Y. Ağazadənin həbsi barədə hökmünün surətini əldə edib və bu günlərdə apellyasiya şikayəti verəcək.
Xatırladaq ki, R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da qəbul etdiyi qərarla 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/

Media
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024
Aİ səfiri: Ötən il dünyada 100-dən çox jurnalist öldürülüb, bu, son 10 ildə ən böyük rəqəmdir
14:36
2 may 2024
Qlobal Bakı Forumu çərçivəsində sosial mediaya dair panel keçirilib
10:32
2 may 2024
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib
14:30
1 may 2024