MTN Eynulla Fətullayevin ofisində və evində axtarış aparmasını təsdiqləyib
22 may 2007 11:02 (UTC +04:00)
Binanın qarşısında redaksiyanın əməkdaşları və digər qəzetlərin jurnalistləri toplaşıblar. Redaksiyada Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları axtarış aparır.
Milli Təhlükəsizlik Nazirliyi (MTN) də “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetinin redaksiyasında yerləşən Eynulla Fətullayevin ofisində və evində axtarış apardığını təsdiqləyib. APA-nın bununla bağlı sualını cavablandıran MTN-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev deyib ki, bu il mayın 16-da MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcələsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə cinayət işi başlanılıb. Həmin cinayət işi üzrə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetinin redaksiyasında yerləşən Eynulla Fətullayevin ofisində və evində qanunvericilikdə müəyyən edilmiş qaydada axtarış aparılır.
Vəkil İsaxan Aşurov bir qədər əvvəl Eynulla Fətullayevin evini tərk edib. O, axtarış bitmədən jurnalistlərə hər hansı açıqlama verməyəcəyini bildirib: “Yalnız kiçik bir otaq qalıb, orda da axtarış bitəndən sonra baş verənlərə münasibətimi bildirəcəyəm”. /APA/

Media
APA TV-nin 11 yaşı tamam olur
00:00
29 may 2024
Media nümayəndələri Xeyrimli, Bağanıs Ayrım və Aşağı Əskipara kəndlərində olub - VİDEO
19:21
28 may 2024
Media nümayəndələri Qazaxın Qızılhaclı kəndinə səfər ediblər - YENİLƏNİB - VİDEO
13:34
28 may 2024
MEDİA onlayn media subyektləri üçün müsabiqə elan edib
12:44
24 may 2024