Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan Mətbuat Şurası ilə birlikdə “Rəsmi elanlar” mövzusunda dəyirmi masa keçirəcək
22 may 2007 14:10 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan Mətbuat Şurası ilə birlikdə “Rəsmi elanlar” mövzusunda dəyirmi masa keçirəcək. Səfirliyin mətbuat müşavirliyindən APA-ya verilən məlumat görə, mayın 29-da saat 15:00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək tədbiri Türkiyə səfiri Hüseyn Avni Karslıoğlu və Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov açıq elan edəcəklər. Sonra Türkiyə Mətbuat Elanları Qurumunun rəhbəri Ertan Cillov məruzə ilə çıxış edəcək. O, Türkiyə Mətbuat Elanları Qurumunun fəaliyyəti, Türkiyədə rəsmi və özəl elan-reklam məsələləri barədə məlumat verəcək, iştirakçıları maraqlandıran sualları cavablandıracaq. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024