MTN Eynulla Fətullayevin evində və ofisində axtarışı başa çatdırıb
MTN-nin E. Fətullayevin evində apardığı yoxlamalar da başa çatıb. E. Fətullayevin vəkili İsaxan Aşurov APA-nın hadisə yerində olan əməkdaşına bildirib ki, saat 10.30-dan 19.00-dək aparılan yoxlamanı MTN-nin Baş İstintaq İdarəsinin müstəntiqi və əməliyyat işçiləri aparıblar. Onlar evdən E. Fətullayevə verilmiş vizit kartları, kasetlər, disklər, fotoşəkillər, onun hərbi xidmətdən yadigar kimi gətirdiyi 7-62 kalibirli 1 ədəd dolu, 1 ədəd boş avtomat patronu və artilleriya mərmisinin bir ədəd qəlpəsini götürüblər.
Vəkil axtarış aparılmasına dair qərarda buna əsas verən kifayət sübutlar göstərilmədiyini söyləyib.
İ. Aşurov deyib ki, axtarış aparılmasına dair hərəkətdən ilk növbədə məhkəmə nəzarəti qaydasında şikayət etmək lazımdır: “Amma mən hələ ki, bunu çatdıra bilmirəm. Ona görə də E. Fətullayevin yaxınlarına prosesə ikinci vəkilin qoşulmasının vacib olduğunu bildirəcəyəm”.
Axtarışda iştirak edən E. Fətullayevin atası və digər yaxınları hər hansı açıqlama vermək istəmədiklərini bildiriblər.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi də “Gündəlik Azərbaycan və “Realnıy Azerbaydjan” qəzetlərinin vəziyyəti ilə bağlı bəyanat yayıb. Səfirlikdən APA-ya daxil olan bəyanatda qəzetlərin fəaliyyətinin dayandırılmasından narahatlıq hissi ifadə olunub:
“Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvü kimi, Azərbaycan demokratik islahatlar sahəsində öz üzərinə geniş çeşiddə öhdəliklər götürüb”. Səfirlik Azərbaycan hökumətini “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin fəaliyyətini bərpa etməyə imkan verməyə çağırıb.
Onu da qeyd edək ki, MTN “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetinin redaksiyasında yerləşən Eynulla Fətullayevin ofisində və evində axtarış apardığını təsdiqləyib. APA-nın bununla bağlı sualını cavablandıran MTN-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev deyib ki, bu il mayın 16-da MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcələsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə cinayət işi başlanılıb. Həmin cinayət işi üzrə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetinin redaksiyasında yerləşən Eynulla Fətullayevin ofisində və evində qanunvericilikdə müəyyən edilmiş qaydada axtarış aparılır. /APA/
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib
Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək
Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB
Çempionlar Liqası: “Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub olub
Pezeşkian BRİCS sammitində iştirak etmək üçün Dehliyə gedəcək
Aziz Yıldırım: İsmail Kartal işinin başındadır
İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Karni: Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb
ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
CENTCOM: İranın blokadası zamanı 96 ticarət gəmisinin marşrutu dəyişdirilib
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub - VİDEO
Tramp: İranın İordaniyadakı bazaya endirdiyi zərbələr nəticəsində ABŞ təyyarələrinə zərər dəyməyib
Ömər Çelik: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır
Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib: 3 nəfər ölüb, azı 34 yaralı var
"Botafoqo" Hakim Ziyeşi transfer edib
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Şəmkirdə istixanada yanğın olub - VİDEO
Sentyabrın 6-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb
CICA konfransının iştirakçıları Bakı Limanının fəaliyyəti ilə tanış olublar - FOTO
AccessBank nağd kreditlər üzrə 7%-dək endirim kampaniyasına yenidən start verib
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində növbəti panel müzakirə keçirilib - FOTO
Səfir: Meksika ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək - MÜSAHİBƏ
FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirib - FOTO
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında ölüblər
Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
İmişlidə nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toy mərasiminin qarşısı alınıb
Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər müzakirə olunub
Ağstafa, Göygöl, Ağdam və Füzulidə su və kanalizasiya sistemləriylə əlaqədar torpaq alınacaq
Muxtar Babayev: 2030-cu ilədək elektrik şəbəkələrinə illik investisiyalar 600 milyard dollara çatmalıdır
Gəncədə minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Azərbaycanda pul baratları üzrə müsbət saldo 680 milyon dollara çatıb
Binəqədidə evdən 8000 manatlıq məişət və geyim əşyaları oğurlanıb, kirayənişin saxlanılıb
“PAŞA Sığorta” üç KASKO hadisəsi üzrə 150 min manatdan çox ödəniş edib
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb
Mərkəzi Bankın Baş direktoru: Yüksək valyuta ehtiyatları xarici şoklara qarşı strateji buferdir - MÜSAHİBƏ
Kreml: Rusiya Qara dənizdə Ukrayna üçün silah daşımaqda istifadə olunan ticarət gəmilərinə zərbələri davam etdirəcək
2027-ci il qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar açıqlanıb
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmayıb
Dövlət Xidmətinin rəisi: Azad edilmiş ərazilərdə 434 abidəyə dəymiş ziyan 700 milyon manatdan çoxdur
ARDNF aparıcı suveren investorlarla Çin-ASEAN Birgə İnvestisiya Şurasını təsis edib
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsib