Əli Həsənov: “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin fəaliyyətini bərpa etməsi üçün heç bir problem yoxdur”
23 may 2007 08:45 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, Azərbaycanda söz azadlığı təhlükədə deyil: “Bəzi beynəlxalq media qurumları yerli jurnalistlərin verdiyi məlumatlara əsaslanaraq bunun əksini iddia edirlər. Amma belə deyil. Hansısa jurnalist azad sözü qanunun pozulması ilə səhv salırsa, biz bunu dəstəkləyə bilmərik. Hər bir vətəndaş qanuna əməl etməlidir”.
Ə. Həsənov qeyd edib ki, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin fəaliyyətini bərpa etməsi üçün heç bir problem yoxdur: “Hər zaman azad şəkildə fəaliyyət göstərə bilərlər. Ancaq qanunlara riayət etməlidirlər”.
Ə. Həsənov Avropa Şurası Parlament Assambleyasının həmməruzəçisi Andres Herkelin Azərbaycan hökumətinə ünvanlanmış tənqidlərini subyektiv adlandırıb: “Biz Avropa Şurası qarşısında götürdüyümüz bütün öhdəliklərə, qəbul edilən qətnamələrə hörmətlə yanaşırıq”. /APA/

Media
APA TV-nin 11 yaşı tamam olur
00:00
29 may 2024
Media nümayəndələri Xeyrimli, Bağanıs Ayrım və Aşağı Əskipara kəndlərində olub - VİDEO
19:21
28 may 2024
Media nümayəndələri Qazaxın Qızılhaclı kəndinə səfər ediblər - YENİLƏNİB - VİDEO
13:34
28 may 2024
MEDİA onlayn media subyektləri üçün müsabiqə elan edib
12:44
24 may 2024