Rəşid Hacılı yenə “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı ilə görüşüb
23 may 2007 11:36 (UTC +04:00)
Media Hüquqları İnstitutunun direktoru, vəkil Rəşid Hacılı bu gün yenidən 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə ilə görüşüb. Bu barədə APA-ya açıqlamasında R.Hacılı bildirib. Onun sözlərinə görə, R. Kəbirli və Y. Ağazadənin saxlanma şəraiti barədə narazılıqları yoxdur.
Vəkil deyib ki, artıq Yasamal Rayon Məhkəməsinin R. Kəbirli və Y. Ağazadənin həbsi barədə hökmündən apellyasiya şikayəti hazırdır. Onun sözlərinə görə, Apellyasiya Məhkəməsinə təqdim olunacaq ərizədə Yasamal Rayon Məhkəməsinin hökmünün səhv olduğu əsaslandırılacaq və ləğv edilməsi xahiş olunacaq.
Xatırladaq ki, R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da qəbul etdiyi qərarla 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/

Media
Aİ səfiri: Ötən il dünyada 100-dən çox jurnalist öldürülüb, bu, son 10 ildə ən böyük rəqəmdir
14:36
2 may 2024
Qlobal Bakı Forumu çərçivəsində sosial mediaya dair panel keçirilib
10:32
2 may 2024
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib
14:30
1 may 2024
MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradılıb, təyinat olub
10:40
30 aprel 2024