Bank Of Baku

Bir qrup jurnalist Bakı şəhər İcra Hakimiyyətini və Səbayel rayon Polis İdarəsini məhkəməyə verib

Bir qrup jurnalist Bakı şəhər İcra Hakimiyyətini və Səbayel rayon Polis İdarəsini məhkəməyə verib
# 23 may 2007 13:50 (UTC +04:00)
Bir qrup jurnalist Bakı şəhər İcra Hakimiyyəti və Səbayel rayon Polis İdarəsi ilə bağlı Səbayel rayon Məhkəməsinə müraciət edib. Media Hüququ İnstitutundan APA-ya daxil olan məlumata görə, jurnalistlər sərbəst toplaşmaq, qeyri-insani rəftara məruz qalmamaq hüquqlarının, fikri ifadə etmək azadlığının pozulduğunu iddia ediblər. İddia ərizəsini 15 jurnalist imzalayıb və onlar iddiaçıların hər birinə ayrı-ayrılıqda 300 min AZN məbləğində kompensasiya ödənilməsini tələb edirlər. Ərizədə bildirilib ki, KİV rəhbərlərinin birgə qərarına əsasən bu il aprelin 17 və mayın 15-də mətbuata basqılara son qoyulması tələbilə keçirmək istədikləri piketə imkan verilməyib, bununla da, qanun pozuntusuna yol verilib. Hər iki piketlə bağlı qanunda müəyyən olunmuş müddətdə BŞİH-ə müraciət olunsa da, şəhər rəhbərliyi aksiyaya icazə verməyib, nəticədə aksiyanın keçirilməsinin qarşısı polis tərəfindən alınıb. İddiada cavabdehlərin hüquqları pozulan şəxslərə ümumilikdə 4.500.000 AZN təzminat ödəməsini nəzərdə tutan qətnamənin qəbul olunması xahiş edilib.
Bakı şəhər İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov isə APA-ya açıqlamasında jurnalistlərin addımına şərh vermək niyyətində olmadığını deyib: “Həmin piketlərin keçirilməsinə isə qanunun tələbinə uyğun olaraq icazə verilməyib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR