“Bakı Xəbər” qəzetinin bütün maliyyə hesablarına həbs qoyulub
23 may 2007 15:04 (UTC +04:00)
Bu gündən etibarən isə müxtəlif yayım firmaları “Bakı Xəbər”in satışdan gələn maliyyə vəsaitlərini qəzetə ödəməkdən imtina ediblər. Onlar bunu məhkəmə qərarı ilə əlaqələndiriblər. Bu barədə APA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev məlumat verib. Baş redaktorun bildirdiyinə görə, Apelyasiya Məhkəməsinin hakimi Qurban Abbasovun bu ilin 9 fevralında Səbayel Rayon Məhkəməsinin 2005-ci il dekabrın 5-də qəzetin 20 milyon köhnə manat (dörd min yeni manat) cəriməni hissə-hissə ödəməsinə dair qərarını ləğv edib. Bir neçə gün öncə isə qərar icraya yönəldilib və bununla da qəzetin bütün maliyyə hesablarına həbs qoyulub.
A. Quliyev bildirib ki, qəzetin çap taleyi ilə bağlı qəti qərar yaxın günlərdə kollektivlə birlikdə veriləcək.
Qeyd edək ki, son ayda Azərbaycan Nəşriyyatı da qəzetin borcunu ödəməsini tələb edib ki, bu da nəşrin fəaliyyətində problemlər yaradıb. /APA/

Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024