Əflatun Amaşov Bişkekdə keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
24 may 2007 11:23 (UTC +04:00)
İyunun 12-15-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində “KİV-də özünütənzimləmə” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. MDB məkanından və Avropa ölkələrindən dəvət olunan ekspertlərin iştirak edəcəyi tədbirdə Qırğızıstanda Mətbuat Şurasının yaradılması istiqamətində də müzakirələr aparılacaq. Ə. Amaşov bildirib ki, bir qədər əvvəl Bakıda keçirilən eyni məzmunlu tədbirin Bişkekdə də keçirilməsi təşəbbüsü ilə Qırğızıstan tərəfi çıxış edib. Onun sözlərinə görə, qırğızlar MDB məkanında ilk Mətbuat Şurasının onun rəhbərlik etdiyi qurumun təcrübəsindən yararlanmaq niyyətindədirlər. Bu məqsədlə Ə. Amaşov qeyd edilən tədbirə ekspert qismində dəvət olunub. /APA/
Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024