Əflatun Amaşov: “Azərbaycan mətbuatının 70 faizi “reket”çiliklə məşğuldur”
- Azərbaycan mətbuatının bugünkü durumunu necə xarakterizə edərdiniz?
- Azərbaycanda söz və mətbuat azadlığının olmadığı barədə fikirlərlə qətiyyən razı deyiləm. Ölkədə hər kəsin fikrini sərbəst ifadə etmək imkanı var. Jurnalistika cəmiyyətin bir hissəsidir və onunla paralel inkişaf edir. Başqa sahələrlə müqayisədə jurnalistika daha öndədir. Jurnalistika öz problemi ilə yanaşı, cəmiyyətin də problemini həll etmək zorundadır. Ancaq keçid dövrü yaşadığından jurnalistikanın problemi də çoxdur. Bu, ümumilikdə cəmiyyətin inkişafı, təfəkkür tərzi və daxili problemlərlə bağlıdır. Hələlik Azərbaycan jurnalistikası cəmiyyətdə üzərinə düşən missiyanı yerinə yetirə bilmir. Ölkədə müstəqil mətbuat orqanı azdır. Buna görə də, gerçəklik düzgün əks olunmur. Bunun da öz səbəbləri var. Hər şeydən əvvəl bu, təfəkkür tərzi, məmur-jurnalist münasibətləri, mətbuatın iqtisadi durumunun ağır olması və digər səbəblərlə bağlıdır. Azərbaycan jurnalistləri cəmiyyətin ən kasıb təbəqəsidir. Burada daxili amillərin də rolu var. Əksər redaksiyalarda Əmək Məcəlləsinə riayət olunmur.
- Belə çıxır ki, mətbuatın vəziyyəti olduqca acınacaqlıdır. Maraqlıdır, bu durumun yaranmasında Mətbuat Şurasının məsuliyyəti nə qədərdir?
- Azərbaycanda 50-dək jurnalist təşkilatı, onların hərəsinin də öz missiyası var. Azərbaycanda 200-ə yaxın qəzet, jurnal və informasiya agentliyi Mətbuat Şurasının təsisçisidir. Mətbuat Şurasının missiyası birbaşa mətbuatın problemlərini həll etmək yox, jurnalistika ilə ictimaiyyət, mətbuatla hakimiyyət arasında problemlərin aradan qaldırılmasına yardım göstərməkdir. Yarandığı gündən indiyədək Mətbuat Şurasına 7 min şikayət daxil olub. Bu şikayətlərdə mətbuatdan narazılıqlar əksini tapıb. Şuranın vəzifəsi bu problemləri məhkəməyə qədər həll etməkdir. Mətbuat Şurası o ölkələrdə yaradılır ki, orada mətbuat müstəqildir və onun böyük problemləri olmur. Azərbaycanda Mətbuat Şurası yaranandan sonra məhkəmə çəkişmələrinin və qəzetlərə kəsilən cərimələrin sayı xeyli azalıb. Maraqlısı budur ki, bu gün Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin əksər hissəsinin missiyası cəmiyyəti məlumatlandırmaq yox, öz mənafeyinə xidmət etməkdən ibarətdir. Ona görə də, bizim ictimai qınaqdan ibarət olan qərarlarımız kifayət qədər effekt vermir.
- Mətbuat Şurası missiyasını yerinə yetirə bilirmi?
- Bu gün Mətbuat Şurasının missiyası qalıb bir kənarda, tamamilə başqa işlərlə məşğuluq. Bu isə şuranın normal fəaliyyətinə mane olur. Mətbuatın bütün ağırlığı Şuranın üzərinə düşür. Ancaq bu problemləri həll etmək bizim səlahiyyətimizdə deyil. Başqalarını söymək, dövlət qurumları ilə bağlı bəyanatlar vermək yolu ilə Mətbuat Şurasını iki günə ölkənin ən aktiv qurumuna çevirmək olar. Ancaq biz bu yolu məqbul saymırıq.
- Jurnalistlər arasında belə fikir formalaşıb ki, Mətbuat Şurasının proseslərə belə sönük müdaxilə etməsi, qurumun sədrinin zəifliyi ilə bağlıdır...
- Mən “Ruh” Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri olanda bildirmişdim ki, bizim əsas vəzifəmiz jurnalistlərin hüquqlarını qorumaqdır. Hansısa redaktor yalandan öz əməkdaşını döydürür, biz isə onu müzakirə edirik. Mitinqlər zamanı mən bilirdim ki, hansı jurnalist kamera qarşısında müəyyən pozaları nəyə görə verir. Sonra həmin jurnalistlərin müəyyən hissəsi ölkəni tərk etdi. Mətbuat Şurasının missiyası mətbuatın inkişafına yardım göstərmək, vətəndaşları mətbuatda etik normaya sığmayan yazılardan bilavasitə qorumaqdır. Mətbuat Şurasına irad tutan qəzetlərin rəhbərləri 4 ildir, bu qurumun təsisçiləri olmağına baxmayaraq, onun formalaşmasında və inkişafında zərrə qədər iştirak etməyiblər. Onlar bu 4 ildə bir qəpik də Mətbuat Şurasının üzvlük haqqı ödəməyiblər.
- Məsələn...
- “Azadlıq” qəzeti. Bu qəzetin baş redaktoru Qənimət Zahidov 2 il Mətbuat Şurasının üzvü olub, indi də Şuranın ehtiyatda olan üzvüdür. Ancaq indiyə kimi 1 qəpik üzvlük haqqı ödəməyib. Mətbuat Şurasından tələb olunan aktivliyi hakimiyyətə qarşı birbaşa mübarizədə görürlər. Mətbuat Şurasından mitinq tələb olunur. Axı, bunlar Şuranın səlahiyyətində olan məsələlər deyil. Ancaq mən bütün jurnalistlərə eyni münasibət bəsləyirəm. Biz istəyirik ki, jurnalistlər həbs olunmasın. Jurnalistikadakı bütün problemlərin, o cümlədən mətbuatdakı “reket” bəlasının Şuraya və sədr olaraq mənə aidiyyəti var. Mən öz yaxamı kənara çəkə bilmərəm.
- Bu gün Azərbaycan mətbuatının ağsaqqalı kimdir?
- Bunu söyləmək bir az çətindir. Azərbaycan cəmiyyətində ziyalı problemi var. 1930-cu illərdə Azərbaycanın ziyalı nəslinin böyük bir hissəsi məhv edilib. Bu gün ad çəkmək istəmirəm, ancaq jurnalistikada elə redaktorlar var ki, mətbuatın yükü onların çiyinlərindədir. Bu adamların bir hissəsi Mətbuat Şurasında cəmləşib.
- Azərbaycan hakimiyyətinin mətbuata münasibəti Sizi qane edirmi?
- Bu suala birmənalı cavab vermək mümkün deyil. Qonşu ölkələrlə müqayisədə bizdə dövlət tərəfindən mətbuata daha çox qayğı göstərilir. Əksər ölkələrdə yeni mətbuat yaratmaq Azərbaycandakı kimi asan deyil. Bu gün istənilən şəxs Azərbaycanda mətbuat orqanı yarada bilər. Ölkədə mətbuatla bağlı liberal qanunvericilik mövcuddur. Bu da hökumətin mətbuata münasibətini göstərir. Bir neçə dəfə mətbuatın nəşriyyata olan borcu dondurulub. Belə misalların sayını artırmaq da olar. MDB ölkələrinin heç birində mətbuata belə imkanlar yaradılmayıb. Ancaq problemlər də az deyil. Artıq bunları kompleks şəkildə həll etməyin vaxtıdır. Biz mətbuata dövlət yarıdımı ilə bağlı proqram və strategiya hazırlayıb Prezident Aparatına təqdim etmişik. Hazırda bu sənədlər öyrənilir. Mənə elə gəlir ki, payızda həmin strategiya təsdiq olunacaq və mətbuata yardımın formaları müəyyənləşəcək.
- Özünüz mətbuatın durumunun ağır olduğunu deyirsiniz. Amma həm də sözlərinizdən belə çıxır ki, bunda hakimiyyətin heç bir məsuliyyəti yoxdur...
- Mətbuatın durumunun zəif olması reklam bazarının inkişaf etməməsi ilə bağlıdır. Reklam bazarı genişlənsə, mətbuat iqtisadi problemlərini özü həll edər. Hakimiyyət ölkədə müstəqil mətbuatın yaranmasında birmənalı maraqlı olmalıdır. Cəmiyyətin bütün üzvləri isə mətbuatdan informasiya almağa maraq göstərməlidirlər.
- Hamı gözləyirdi ki, mətbuatın inkişafına dövlət qayğısı ilə bağlı proqram Milli Mətbuat Günü ərəfəsində imzalanacaq. Ancaq belə olmadı...
- Biz də böyük ümidlə gözləyirdik ki, Milli Mətbuat Günü ərəfəsində həbsdə olan jurnalistlər azadlığa buraxılacaq, mətbuatın iqtisadi durumu ilə bağlı müəyyən sənədlər qəbul ediləcək. Həmin ərəfədə Azərbaycan prezidenti ölkədə olmadığından bu məsələ gecikdi. Belə düşünürəm ki, yaxın aylarda bu məsələlər müsbət həllini tapacaq. Mətbuat Şurası əlindən gələni edir. Azərbaycan mətbuatına dövlət həmişə qayğı göstərib, inanıram ki, bu qayğılar gələcəkdə də, davam edəcək. Söhbət mətbuatın inkişafına şəraitin yaradılmasından gedir. Biz istəyirik ki, mətbuat müstəqil olsun.
- Bu gün Azərbaycanda neçə jurnalist yazdığı yazıya görə həbsdədir?
- Jurnalist yazdığı yazıya görə həbs edilməməlidir. Diffamasiya ilə bağlı qanunvericiliklə əlaqədar müəyyən beynəlxalq təşkilatların Azərbaycana təzyiqi hiss olunur. Azərbaycanla bağlı beynəlxalq ictimaiyyətdə mənfi rəy yaradılır. Reallıqda isə jurnalistlər peşə davranış qaydalarına əməl etmirlər. Diqqətlə baxanda jurnalistlərin hamısının fəaliyyətində müəyyən qədər qanun pozuntuları var. Ancaq bu pozuntular onların həbsinə nə dərəcədə əsas verir? Biz bu barədə düşünməliyik. Müzakirəsiz, filansız jurnalistlərin əfv olunmasına çalışmalıyıq.
- Həbsdə olan jurnalistlərin sayını demədiniz...
- Beynəlxalq təşkilatlarda həbsdə olan 7 jurnalistin adı çəkilir.
- Axı, “Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovu da həbsdə olan jurnalistlərin siyahısında göstərirlər.
- Xeyr, “Bizim Yol” qəzetinin əməkdaşını bu siyahıya aid etmək olmaz. Həmin qəzetin rəhbərliyinin hadisə ilə bağlı nümayiş etdirdiyi mövqe doğru idi. Həmin hadisə baş verən gün mənə məlumat daxil oldu. Bu, həmişə baş verən hadisələrdən biri idi. Mən bu fakta çox pis baxıram.
- Peşə etikasını ən çox pozan jurnalistlər hansılardır?
- Ad çəkə bilmərəm. Bu günlərdə 100-dən artıq qəzetin monitorinqini keçirməyə başlayacağıq. Hansı qəzetlərin və müəlliflərin peşə etikasını pozduğunu müəyyənləşdirib, adlarını açıqlayacağıq. Bu gün Azərbaycan mətbuatının əksər hissəsi “reket”çiliklə məşğuldur. Belə qəzetlərin arasında gündəlik nəşr olunanları da var. Mən onların adlarını hələlik açıqlamaq istəmirəm. Onsuz da mətbuatın imici ürəkaçan deyil. Bu gün Azərbaycan mətbuatının 2/3-si birbaşa “reket”çiliklə məşğul olur. Bununla hüquq-mühafizə orqanları mübarizə aparmalıdır. Biz hüquq-mühafizə orqanlarının bu sahədə apardığı mübarizənin səviyyəsindən razı deyilik. Bəzi qəzetlərin arxasında məmurların dayanması sirr deyil. Hüquq-mühafizə orqanları da çox vaxt həmin məmurlardan çəkinir. Doğrudan da, ortada çox böyük pullar oynayır. Azərbaycan mətbuatının 70 faizi “reket”çiliklə məşğuldur, qəzetlərin 20-25 faizi isə siyasiləşib, mətbuatın yalnız 5 faizi müstəqildir.
- Azərbaycanda Mətbuat Ombudsmanının yaradılması niyə yubanır?
- “İnformasiya azadlıq haqqında” qanun qəbul ediləndə bu institutun yaradılması 1 il müddətində nəzərdə tutulurdu. Artıq Mətbuat Ombudsmanının yaradılmasının vaxtından keçib.
- Azərbaycan jurnalistlərinin növbəti qurultayı nə vaxt olacaq?
- Artıq qurultayın vaxtıdır. Bu barədə Şuranın İdarə Heyəti qərar qəbul etməlidir. Qurultayın payızda keçirilməsi mümkündür.
- Sizin Mətbuat Şurasına rəhbərlik müddətiniz başa çatır...
- Nizamnaməyə görə, səlahiyyət müddətim başa çatır. Ancaq Mətbuat Şurasını biz hələ yeni-yeni formalaşdırırıq. Şura bina ilə yeni təmin olunub. Ola bilsin, bu məsələ bir qədər uzansın.
- Hiss olunur ki, Mətbuat Şurasının sədri vəzifəsindən getmək istəmirsiniz?
- Bu, tək mənim iradəmdən asılı deyil. Müəyyən işlər görülüb, bəzi işlər isə görülməlidir. Mənim istəyim odur ki, Mətbuat Şurası müstəqil qurum kimi formalaşsın.
- Mətbuat Şurasının sədri vəzifəsindən gedəndən sonra nə işlə məşğul olacaqsınız?
- Mən jurnalistəm, həmişə də jurnalistlərin yanında olacağam. /APA/

Media
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir