Elmira Süleymanova: “Hər ay Əfv Komissiyasına siyahı təqdim edirik”

Elmira Süleymanova: “Hər ay Əfv Komissiyasına siyahı təqdim edirik”
# 10 dekabr 2012 13:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Ombudsman Aparatı tərəfindən müəyyən şəxslərin azad olunması və əfv edilməsi ilə bağlı daima Əfv Komissiyasına müraciət edilir”. Bu barədə APA-ya məlumat verən ombudsman Elmira Süleymanova bildirib ki, hər ay ərzində istər cəzaçəkmə müəssisələrində görüşdükləri şəxslər, istərsə də onların ailələri tərəfindən olan hər bir müraciət dəqiqliklə təhlil edilir: “Əgər onlar həmin müəssisədə hansısa əlavə qayda-qanun pozuntularına yol vermirsə və qanun buna yol verirsə, onların adları Əfv Komissiyasına təqdim edilir”.

Onun sözlərinə görə, hər ayın 1-də komissiyaya ay ərzində alınan adlardan ibarət məhkumlar siyahısını komissiyaya təqdim edilir. Bu ay da belə bir siyahı təqdim edildiyini deyən E.Süleymanova oarada kimlərin adının olduğunu açıqlamayıb.

Ombudsman qeyd edib ki, adların qabaqcadan çəkilməsi müəyyən stress və həyəcan yaradır: “Ona görə də əvvəlcədən siyahıdakı insanların sayı və kimliyi barədə hansısa məlumat vermək düzgün hesab edilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR