Eşton Karter: “ABŞ İraqa əlavə 600 hərbçi göndərəcək”

Eşton Karter: “ABŞ İraqa əlavə 600 hərbçi göndərəcək”
# 28 sentyabr 2016 20:03 (UTC +04:00)

Bakı-APA. ABŞ İŞİD-lə mübarizə məqsədilə İraqa əlavə 600-dən çox hərbçi göndərəcək.

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib.

“ABŞ İŞİD terror qruplaşması ilə mübarizə məqsədilə, o cümlədən Mosul şəhərinin terrorçulardan azad edilməsi üçün İraqa əlavə 615 hərbçi göndərəcək. Hərbçilər yaxın həftələrdə İraqa yollanacaq”, deyə E.Karter bildirib.

Xatırladaq ki, Mosul şəhəri 10 iyun 2014-cü ildən İŞİD-in nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR