Azərbaycan vergidən yayınan daha iki nəfərlə bağlı İnterpola müraciət edib

Azərbaycan vergidən yayınan daha iki nəfərlə bağlı İnterpola müraciət edib
# 28 may 2015 08:00 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 37 yaşlı Fərid Quliyev və 34 yaşlı Emin Ağalarov külli miqdarda vergi ödəməkdən yayınmaqda təqsirləndirilirlər. Ölkəni tərk etdikləri üçün onların barəsində dövlətlərarası axtarış elan edilib.

Hazırda onların saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda son vaxtlar vergidən yayınan xeyli şəxs barəsində axtarış elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR