Azərbaycanda hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Azərbaycanda hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
# 06 dekabr 2012 11:11 (UTC +04:00)

Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 7-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 7-8-də Abşeron yarımadasında nisbətən mülayim və sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, dekabrın 9-da arabir güclənən xəzri küləyinin yaradacağı diskomfort şərait əksər meteohəssas insanlar üçün əlverişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR