Azərbaycanın İKT-nin təhsildə tətbiqi sahəsindəki nailiyyətləri beynəlxalq konfransda təqdim edilib

Azərbaycanın İKT-nin təhsildə tətbiqi sahəsindəki nailiyyətləri beynəlxalq konfransda təqdim edilib
# 12 dekabr 2012 09:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Azərbaycanın İKT-nin təhsildə tətbiqi sahəsindəki nailiyyətləri 5-ci Beynəlxalq İntel Korporasiyası konfransında təqdim edilib. APA-nın xəbərinə görə, konfrans zamanı Azərbaycandakı İKT-nin təhsildə tətbiqi modeli nümunə olaraq göstərilib. Tədbir çərçivəsində Azərbaycanda müəllim və şagirdlərin inkişafında ən müasir texnologiyaların tətbiqi və uğurlu nəticələrin öyrənilməsinə xüsusi bir sessiya həsr olunub, “Azərbaycan Elektron Təhsil Mühitinin Formalaşması” başlıqlı sessiya təqdim edilib.

Konfrans iştirakçıları Azərbaycanda İKT-nin təhsilə tətbiqi üzrə Dövlət Proqramının əsas komponentləri və ölkənin XXI əsr təhsil standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər haqqında məlumat əldə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR