İctimai Palata Demokratik Qüvvələrin Məşvərət Məclisinin əməkdaşlıqla bağlı müraciətini müsbət cavablandırıb

İctimai Palata Demokratik Qüvvələrin Məşvərət Məclisinin əməkdaşlıqla bağlı müraciətini müsbət cavablandırıb
# 15 noyabr 2012 13:55 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “İctimai Palata Demokratik Qüvvələrin Məşvərət Məclisinin əməkdaşlıqla bağlı müraciətinə baxıb”. Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Vidadi Mirkamal deyib.

O bildirib ki, İP KŞ-nın ötən gün keçirilən iclasında Demokratik Qüvvələrin Məşvərət Məclisinin İP-lə əməkdaşlığa dair müraciətinə baxılıb və müsbət dəyərləndirilib.

V.Mirkamal onu da qeyd edib ki, İP-in əsas məqsədlərindən biri də bu qurumdan kənarda qalan vətəndaşların və müxalifət təşkilatlarının konsolidasiyasına nail olunmasıdır: “Yəni bu qurumlarla birgə fəaliyyət planlarının hazırlanmasıdır. İctimai Palata da bu məsələdə müsbət əhval-ruhiyyənin olduğunu bildirib. Hesab edirik ki, Azərbaycanın demokratikləşməsində rol almaq istəyən qüvvələrlə funksional əməkdaşlığa həmişə hazırıq”.

Qeyd edək ki, Demokratik Qüvvələrin Məşvərət Məclisi İctimai Palataya əməkdaşlıqla bağlı müraciətini sentyabrda ünvanlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR