Paşha Bank
Bank Of Baku

Gəncədə zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var - VİDEO

Gəncədə zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var - VİDEO
# 08 aprel 2019 21:12 (UTC +04:00)

Gəncə şəhərində zəncirvari yol qəzası baş verib.

ONA-nın qərb bürosunun xəbərinə görə, hadisə Nizami Gəncəvi və 28 May küçələrinin kəsişməsində qeydə alınıb.

Qəhrəmanov Elnur İlqar oğlunun idarə etdiyi "Mercedes" və Tağıyev Fəqan Füzuli oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü xəsarət alıb.

Qeyd edək ki, qəzadan sonra "Jiquli" yol kənarında dayanmış və İsmayılov Şöhrət Bəxtiyar oğluna məxsus "Opel" markalı avtomobilə də dəyib.

Faktla bağlı araşdırmalar aparılır.

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR