Nərimanov rayonundakı yeməkxanada yanğın baş verib

Nərimanov rayonundakı yeməkxanada yanğın baş verib
# 09 noyabr 2012 16:41 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı şəhərinin Nərimanov rayonunda yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 156 kv.m olan yeməkxananın 6 kv.m sahəsi və ona bitişik olan ofisin dam örtüyünün isə 44 kv.m sahəsi yanıb. Yeməkxananın qalan hissəsi və yaxınlıqda yığılmış taxta materiallar yanğından mühafizə olunub. Yanğın səhər saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR