İctimai Palatada Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi yaradılıb

İctimai Palatada Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi yaradılıb
# 04 dekabr 2012 12:19 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. İctimai Palatada (İP) Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi yaradılıb.

APA-nın məlumatına görə, bununla bağlı qərar Komitənin bu gün keçirilən təsis yığıncaqda qəbul olunub. Komitənin rəhbəri “Demokratiya və Vətəndaş Cəmiyyətinin İnkişafına Kömək” İctimai Birliyinin sədri, hazırda həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli, müavinləri isə Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP sədrinin müşaviri Sahib Kərimov seçiliblər.

Tural Abbaslı APA-ya açıqlamasında deyib ki, Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin təsis olunmasında məqsəd siyasi motivlərlə həbs edilmiş şəxslərin məsələsinin gündəmdə saxlanılması, onların azadlığa çıxması üçün sistemli iş aparılmasıdır. Artıq İP üzvü olan 15-ə yaxın şəxs komitəyə üzv olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR