ABŞ-da qaz kəməri partlayıb, tələfat yoxdur

ABŞ-da qaz kəməri partlayıb, tələfat yoxdur
# 12 dekabr 2012 03:11 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Qərbi Virciniya ştatındakı Sissonvill şəhəri yaxınlığında güclü partlayış baş verib.

APA-nın “Qolos Rossii ” radiosuna istinadən verdiyi xəbərə görə, qaz kəmərində bir necə dəqiqə baş vermiş yanğın zamanı alovun hündürlüyü 20 metrə çatıb.

Alov yaxınlıqda olan bir necə yararsız hala salıb, şəhərə gedən yolun bir hissəsini zədələyib.

Bir necə adam tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Yanğınsöndürənlər alovun qarşısını alıblar. Kəmər işi dayandırılıb.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR