Obama: «ABŞ İranın nüvə probleminin həlli üzrə fəaliyyətini intensivləşdirəcək»

Obama: «ABŞ İranın nüvə probleminin həlli üzrə fəaliyyətini intensivləşdirəcək»
# 14 noyabr 2012 21:54 (UTC +04:00)

Bakı-APA. ABŞ yaxın aylarda fəal surətdə İranın nüvə probleminin həllinə nail olmaq fikrindədir və bunun üçün bütün diplomatik imkanlardan, o cümlədən Tehranla birbaşa danışıqlardan istifadə edəcək. ABŞ prezidenti Barak Obama belə bir bəyanatla çıxış edib.

«Yaxın aylarda mən bütün diplomatik imkanlardan istifadə edərək bu istiqamətdəki işi fəallaşdırmaq fikrindəyəm… İranın nüvə probleminin həll olunması üçün vaxt var. Bizim mövqeyimiz ondan ibarətdir ki, İran nüvə silahına malik olmamalıdır», deyə Obama bildirib.

Qərb ölkələri İranı dinc atom proqramı adı altında nüvə silahı hazırlamaqda günahlandırırlar. Tehran bu iddiaları təkzib edir. Hazırda İrana qarşı BMT Təhlükəsizlik Şurasının 4 sanksiya qətnaməsi mövcuddur. Problemi həll etmək üçün ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniyadan ibarət «altılıq» İranla danışıqlar aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR