Quldurluqda təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb

Quldurluqda təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb
# 22 iyul 2016 08:56 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elnur Əsədli və Zahid İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi keçirilən prosesdə hökm oxunub. Məhkəmə həmin şəxslər barəsində bəraət hökmü çıxarıb və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, ittihama görə, hadisə ötən il Dərnəgül qəsəbəsində baş verib. İttiham aktına görə, Elnur Əsədli və Zahid İsmayılov qəsəbədə yerləşən topdan satış mərkəzinə daxil olub və quldurluq yolu ilə həmin mağazanın satıcısını bıçaqla qorxudaraq külli miqdarda pul ələ keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR