“Şahdəniz” yatağının tammiqyaslı işlənməsi layihəsinin qiyməti açıqlanıb

“Şahdəniz” yatağının tammiqyaslı işlənməsi layihəsinin qiyməti açıqlanıb
# 27 noyabr 2012 15:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. “Şahdəniz” Mərhələ-2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir və bu layihə yeni Cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarının qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq”.

APA-Economics”in xəbər verdiyi kimi, bu barədə layihənin operatoru olan “BP-Azerbaijan” şirkətinin hesabatında deyilir.

Hesablamalara görə, 25 mlrd. dollar dəyərində olan bu layihənin Mərhələ 1-dən olan ildə təqribən 9 mlrd. kubmetr qaza ildə 16 mlrd. kubmetr qaz əlavə edəcəyi gözlənilir. Bu, dünyanın hər hansı bir yerindəki ən böyük qaz işlənməsi layihələrindən biridir.

Hesabatda həmçinin bildirilir ki, “Şahdəniz-2” çərçivəsində bu ilin aprel ayında ilkin mühəndis-layihələşdirmə işləri (İMLİ) mərhələsinə daxil olandan bəri çox yaxşı irəliləyib. Bu ilin iyun ayında Azərbaycan və Türkiyə hökumətləri Türkiyə ərazisində Trans-Anadolu Boru Kəməri (TANAP) adlanan ayrıca yeni bir boru kəməri tikmək üçün Hökumətlərarası Saziş və tranzit ölkə hökuməti ilə saziş imzalanıb: “BP, Azərbaycan və Türkiyə hökumətlərinin TANAP layihəsinin “Şahdəniz-2” layihəsi ilə əlaqəli şəkildə işlənməsi məqsədlərini dəstəkləyir. ARDNŞ BP-nin TANAP-da 12%-lik payla iştirak etməsi üçün irəli sürülmüş təklifi təsdiqləyib və bu məsələ ilə bağlı şərtlər bu ilin sonunadək yekunlaşdıracağı gözlənilir. BP bu layihənin texniki və kommersiya məsələlərinin müəyyənləşməsinin sürətləndirilməsi məqsədilə Azərbaycan və Türkiyə hökumətləri tərəfindən TANAP layihəsinə dəvət olunmuş bütün iştirakçılarla yaxından işləyir. Həmçinin BOTAŞ-la texniki əməkdaşlığı davam etdirilir”.

Konsorsium “Şahdəniz-2” qazının Türkiyə ilə Avstriya arasındakı və ya Türkiyə ilə Yunanıstan və İtaliya arasındakı bazarları qazla təchiz etmək üçün Türkiyə sərhədindən daşınması məqsədilə Trans Adriatik Boru kəməri (TAP) və “Nabucco West” layihələrini Cənub dəhlizinin son hissəsi kimi qiymətləndirməkdə davam edir.

Konsorsium bu iki variantdan hansının Mərhələ-2 qazını Türkiyə sərhədindən Avropaya daşıyacaq son seçilmiş variant olduğunu qərarlaşdırmaq üçün TAP və “Nabucco West” səhmdarları ilə işləməkdə davam edir: “Şahdəniz” artıq TAP-la Əməkdaşlıq Sazişi və Maliyyələşmə Sazişi imzalayıb ki, bu layihəyə qısamüddətli maliyyə yönəltsin. Eyni səviyyədə əməkdaşlıq və uyğunluq yaratmaq üçün konsorsium həmçinin “Nabucco West”lə işləyir və bununla da Azərbaycanın nəhəng qaz ehtiyatlarını Avropanın nəhəng qaz bazarı ilə bağlamaq məqsədilə iki səmərəli marşrut arasında seçim imkanı yaradır”.

Konsorsium bu iki layihə arasında yekun seçim qərarını və bununla bağlı qaz satışı sazişlərini 2013-cü ilin ortalarına planlaşdırılmış “Şahdəniz-2”-nin yekun investisiya qərarından əvvəl başa çatdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR