Azərbaycan prezidenti latviyalı həmkarına təbrik məktubu göndərib

Azərbaycan prezidenti latviyalı həmkarına təbrik məktubu göndərib
# 17 noyabr 2012 14:08 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Latviya prezidenti Andris Berzinşə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, təbrikdə deyilir: “Milli bayramınız – Latviya Respublikasının elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Latviya dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsi, dostluq və əməkdaşlıq ənənələrimizin qorunub saxlanması və inkişaf etdirilməsi, ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına sülh və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR