Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi azalıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi azalıb
# 22 noyabr 2012 12:06 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2012-ci ilin yanvar-oktyabr ayları üzrə 1,46 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, yanvar-sentyabr aylarının analoji göstəricisi ilə müqayisədə indeks 0,01 bənd azalıb:

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbətidir. Həmin nisbət əhalinin gəlirlərinin xərcləri üstələmə səviyyəsini və əhalinin sərəncamında qalan vəsaitlərin həcmini göstərir.

Qeyd edək ki, yanvar-oktyabr aylarında pərakəndə əmtəə dövriyyəsi 13 997,3 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 4 568,9 mln. manat, əhalinin məcmu gəlirləri isə 27 128,5 mln. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 8 562,3 mln. manat və ya 46,1% üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR