Azərbaycanda qeydiyyata alınmış şəkərli diabet xəstələrinin sayı 160 min nəfərə çatıb

Azərbaycanda qeydiyyata alınmış şəkərli diabet xəstələrinin sayı 160 min nəfərə çatıb
# 27 noyabr 2012 10:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda 6-7 il əvvəl qeydiyyata alınmış şəkərli diabet xəstələrinin sayı 60 min nəfər idisə, bu gün onların sayı 160 mindən çoxdur.

APA-nın xəbərinə görə, bunu akademik M.Topcubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O, qeydiyyata alınmış şəkərli diabet xəstələrinin sayının artmasını dövlətin onlara göstərdiyi qayğı ilə əlaqələndirib: “Əvvəllər bu xəstələr qeydiyyata düşmürdülərsə, indi qeydiyyata alınmış xəstələr dövlət hesabına pulsuz dərmanlarla təmin edilirlər”.

Nazir müavini bildirib ki, onkoloji xəstəliklərin aşkarlanmasında da müsbət dinamika var. Azərbaycanda hemodializ seansı aparılan xəstələrin sayı 10 il əvvəl 20 nəfər idisə, bu gün onların sayı 1900-ə yaxınlaşıb. Hazırda ölkədə 24 hemodializ mərkəzi fəaliyyət göstərir. İrsi qan xəstəlikləri ilə bağlı dövlət proqramının icrası nəticəsində hemofliya və talassemiyadan əziyyət çəkən uşaqlar dövlətin qayğısı ilə əhatə olunub. Təxminən 2200-dən artıq talassemiya, 1200-dən çox hemofiliyalı xəstəyə dövlət tərəfindən qayğı göstərilir. Dağınıq skleroz xəstəliyi ilə bağlı qəbul olunmuş yeni qanun nəticəsində artıq gələn ildən etibarən bu xəstəlikdən əziyyət çəkən insanlar dövlətin vəsaiti hesabına pulsuz dərmanlarla təmin olunacaqlar”.

Nazir müavini qeyd edib ki, Azərbaycanda bəzi xəstəliklərdə xəstələnmə göstəriciləri 2-3 dəfə artsa da, ölüm göstəriciləri 2 dəfə aşağı düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR