Kot-d`İvuar səfiri: “Azərbaycan elə ölkədir ki, hətta Avropa da ondan asılı ola bilər” - FOTO

Kot-d`İvuar səfiri: “Azərbaycan elə ölkədir ki, hətta Avropa da ondan asılı ola bilər”   - <span style="color: red;">FOTO
# 05 dekabr 2012 07:36 (UTC +04:00)

Azərbaycan isə dinamik inkişaf edən ölkədir. Dünən Sovet İttifaqına daxil olan ölkə bu gün Avropanı qaz və neftlə təmin edir və Avropa bu ölkədən asılı ola bilər”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Kot-d`İvuarın yeni təyin olmuş səfiri Bernar Tano-Buçue verib.

Səfir qeyd edib ki, onların diplomatik nümayəndəliyi Moskvada yerləşsə də, Bakıda səfirlik açmaq arzusundadırlar: “Cənubi Qafqazda ilk dəfə səfirliyimizi məhz Azərbaycanda təsis etmişik. Bakıda öz diplomatik nümayəndəlik açmaq arzusundayıq və gözləyirik ki Azərbaycan da bizim ölkədə öz səfirliyini açsın. Bu ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirməyə imkan verəcək. Kot-d`İvuar daha 7 ölkə ilə eyni pul vahidindən istifadə edir, bu da Azərbaycana ölkəmiz vasitəsilə digər Qərbi Afrika ölkələri ilə ticarət etməyə yaxşı imkan yarada bilər. Ölkəmiz də qaz və neft hasil edir, amma bizim ehtiyatlarımız Azərbaycanın ehtiyatlarında qat-qat aşağıdır. Bundan başqa biz öz tələbələrimizi Azərbaycan Diplomatik Akademiyasında və neft-qaz sahəsinə dair fakültələrə göndərmək istəyirik”.

Səfir açıqlamasında Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Biz bu məsələ ilə bağlı narahatlığımızı bildiririk və mövqeyimiz ondan ibarətdir ki hər bir dövlətin ərazi bütövlüyü qorunmalıdır. Biz istəyirik ki tərəflər müharibə etmədən razılığa gəlsinlər, çünki bu, çox vacib bir məsələdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR