Azərbaycan Mərkəzi Bankı kapital çatışmazlığı olan kommersiya bankları ilə danışıqlara başlayıb

Azərbaycan Mərkəzi Bankı kapital çatışmazlığı olan kommersiya bankları ilə danışıqlara başlayıb
# 12 dekabr 2012 08:16 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bəyan edib.

E.Rüstəmovun sözlərinə görə, bu banklar məcmu kapitalın çatışmazlığı ilə bağlı problemlərini həll etməlidir və onlara aktivlərin konsolidasiyası tövsiyə olunur ki, bu addımla problemlər həll olunacaq. Bununla bağlı artıq dünəndən AMB ilə həmin banklar arasında müvafiq danışıqlara başlanılıb. Danışıqlarda həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq maliyyə təşkilatları da iştirak edir və konsolidasiyanı dəstəkləyir. Hətta bildirilir ki, bu təşkilatlar həmin banklarda müəyyən iştirak payının alınmasına da maraq göstərir.

Xatırladaq ki, AMB-nin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2014-cü il yanvarın 1-dək məcmu kapitalını 50 mln. manata çatdırmalıdır. Hazırda məcmu kapital ilə bağlı minimal tələb isə 10 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR